“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2013, 09:12
1431

Azərbaycan tarixi günbəgün: 26 dekabr

A- A+

26 dekabr 1991 - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub...

 

26 dekabr 1802 - Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları Rusiyanın himayəsinə keçmək barədə Georgiyevsk anlaşmasını imzalayıblar. Sənədi Quba hakimi Seyfəli xan və Talış (Lənkəran) hakimi Mir Mustafa xan imzalamışdı. Hər iki xanlıq rusların hərbi təhdidi altında bu anlaşmaya getmişdilər. Talış xanlığı həm də İran tərəfdən hücumlardan qorunmaq üçün bu addımı atmışdı. Georgiyevsk anlaşması xanlıqların hələ Rusiyaya birləşdirilməsi demək deyildi. Bir qədər sonra Rusiya Azərbaycan torpaqlarının gerçək işğalını həyata keçirdi.

 

26 dekabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Fətəli xan Xoyskinin rəhbərliyi ilə qurulan 3-cü hökumət kabinetini təsdiqləyib. Yeni koalisyon hökumətdə 14 nəfər nazir yer almışdı. Onların arasında 3 rus nazir də vardı. Cümhuriyyət rəhbərliyi bununla həm rusları parlamentdə iştiraka (10 yer) təşviq etmək, həm də demokratik əsaslı hökumətlə Bakıdakı ingilis komandanlığının dəstəyini qazanmaq niyyəti güdürdü.

 

26 dekabr 1991 - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub. 1989-cu ildən şəhərdə azərbaycanlı əhaliyə (7 min nəfər) qarşı aparılan etnik təmizləmə başa çatıb. 

 

26 dekabr 1991 - Kuba Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkənin diplomatik əlaqələri 1992-ci il martın 27-də quruldu.

 

26 dekabr 1991 - Avstraliya Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik münasibətlər 1992-ci iyunun 19-da quruldu.

 

26 dekabr 2001 - Azərbaycanda kommunal, nəqliyyat və digər güzəştlərin müavinətlərlə əvəz olunması barədə fərman verilib. Sovet dövründən qalan ümumi imtiyazlar sistemi ləğv olunub, konkret və ünvanlı güzəştlərin tətbiqi başlanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi