“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.12.2013, 10:27
1188

Azərbaycan tarixi günbəgün: 13 dekabr

A- A+

13 dekabr 1991 - Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini tanıyan üçüncü ölkə (Türkiyə və Rumıniyadan sonra)olub...

 

13 dekabr 1917 - Bakı fəhlə və əsgər deputatları Sovetinə ikinci seçkilər keçirilib. Oktyabrın 22-də keçirilmiş ilk seçkilərdə məğlub olan bolşeviklər nəticələri tanımayaraq Bakı Soveti hökumətini - İcraiyyə Komitəsini zorla ələ keçirmişdilər. İkinci seçkini özlərinin tərtib etdikləri sistem üzrə keçirən bolşeviklər bu dəfə istədiklərini əldə etdilər. Şaumyanın rəhbərlik etdiyi bolşeviklər Bakı Sovetində 51 yer, daşnaklar 41 yer, sol eserlər 38, sağ eserlər 28 yer qazanmışdı. İlk seçkilərin qalibi (40 faiz) olmuş «Müsavat» 21 yerlə kifayətlənməli olmuşdu. Yeni İcraiyyə Komitəsində 18 yerdən 11-nə sahib olan bolşeviklər (6) və daşnaklar (5) Bakıda faktiki hakimiyyəti ələ aldılar.

 

13 dekabr 1929 - Şərqşünas alim, professor Saleh Əliyev (1929-21.11.2006) Gəncədə anadan olub. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. İran tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri olub.

 

13 dekabr 1991 - Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyinin tanıyıb. Bu, Azərbaycanın müstəqilliyini tanıyan üçüncü (Türkiyə və Rumıniyadan sonra) dövlət idi. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da quruldu.

 

13 dekabr 1994 - Azərbaycan Kolumbiya ilə diplomatik münasibətlər qurub. 

 

13 dekabr 2007 - Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılması haqqında fərman imzalayıb və Şuranın Əsasnaməsini təsdiq edib. Əsasnaməyə görə, Şuranın 11 üzvündən 3-ü dövlət orqanları nümayəndələrindən, 8-i qeyri-hökumət təşkilatlarının irəli sürdüyü namizədlərdən təşkil olunmalı idi. Prezident 2008-ci il aprelin 16-da Şuranın üzvlərinin təyin edilməsi haqqında sərəncam imzaladı və qurum fəaliyyətə başladı.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi