“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.12.2013, 09:08
1502

Azərbaycan tarixi günbəgün: 25 dekabr

A- A+

25 dekabr 1991 - Prezident Ayaz Mütəllibov «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» fərman verib...

 

25 dekabr 833 - Babək Xürrəminin qoşunları ilə Xilafət ordusu arasında Həmədan yaxınlığında ikinci döyüş olub. Xürrəmilər bu döyüşdə ilk dəfə ağır məğlubiyyətə uğrayıblar. Bundan öncə birinci Həmədan döyüşündə (830) xürrəmilər zəfər qazanmışdılar. 836-cı ildə Babək ərəblər üzərində sonuncu dəfə qələbə çaldı (ikinci Həşdadsər döyüşü). Bundan sonra xürrəmi hərəkatı zəifləməyə başladı və 837-ci ildə məğlub oldu.

 

25 dekabr 1911 - Tanınmış hərbi xadim, general-mayor Teymur Bünyadov (1911-1974) anadan olub.

 

25 dekabr 1940 – Tarixçi alim, akademik, Azərbaycan Milli Elmlər Akademiyası Tarix Muzeyinin direktoru Nailə Məmmədəli qızı Vəlixanlı anadan olub.

 

25 dekabr 1960 - Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov (1960 - 4.5.1992) anadan olub.

 

25 dekabr 1965 - Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun (1965 - 1990) doğum günüdür.

 

25 dekabr 1991 - Prezident Ayaz Mütəllibov «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» fərman verib. Sənədə əsasən, yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin bu proses gözlənildiyindən çox uzandı. 2001-ci il iyunun 18-da Prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.

 

25 dekabr 1991 - Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunub.

 

25 dekabr 1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qərar qəbul edib.

 

25 dekabr 1991 - Vaşinqtonda ABŞ prezdienti Corc (ata) Buş SSRİ-nin müttəfiq respublikalarının müstəqilliyinin tanınması barədə bəyanat verib.

 

25 dekabr 1991 - İran Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 12-də quruldu.

 

25 dekabr 1991 - İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il aprelin 7-də quruldu.

 

25 dekabr 1991 - Liviya Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik münasibətlər 1992-ci martın 16-da quruldu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi