“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.12.2013, 09:19
1006

Azərbaycan tarixi günbəgün: 17 dekabr

A- A+

17 dekabr 2004 - Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. 2730 bələdiyyəyə ümumilikdə 21600-dan çox üzv seçilib...

 

17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.

 

17 dekabr 1924 – Görkəmli alim, pedaqoq, professor Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində müstəsna xidmətləri var.

 

17 dekabr 1946 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökuməti devirən İran silahlı qüvvələri Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə kütləvi həbslər və qırğınlar həyata keçiriblər. İran hökumət qüvvələri hələ dekabrın 9-da Təbrizə daxil olmuş və dekabrın 12-də Pişəvəri hökumətinin üzvləri - Azərbaycan Demokrat Firqəsinin rəhbərləri həbs edilmişdi. Bunun ardınca bütün Cənubi Azərbaycanda milli hərəkat fəallarına divan tutuldu, yüzlərlə insan həlak oldu, minlərlə güneyli soydaşımız didərgin düşdü. Bu qanlı aksiyanın pik nöqtəsi dekabrın 17-də təsadüf etdi. Cənubi Azərbaycan türklərinin mühacir təşkilatları 17 dekabrı “Güney Azərbaycanda milli soyqırım günü” kimi qeyd edirlər.

 

17 dekabr 1993 - Görkəmli yazıçı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (15 (28).10.1911, Cənubi Azərbaycan, Sərab - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanları, povest və hekayələr, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinə, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.

 

17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə (ölümündən sonra, 2005) təltif olunub.

 

17 dekabr 2002 - Tbilisidə Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün yekunu olaraq iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

17 dekabr 2004 - Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Ölkə üzrə 2730 bələdiyyəyə ümumilikdə 21600-dan çox bələdiyyə üzvü seçilib. 1999-cu il seçkilərindən sonra yeni yaşayış məntəqələrinin yaranması, habelə yerlərdə ərazi-inzibati bölgüsündə aparılmış dəyişikliklər nəticəsində 130-dək yeni bələdiyyə yaranmışdı. 30-dan çox partiya təmsilçisinin iştirak etdiyi seçkilərdə 39 minədək bələdiyyə üzvlüyünə namizəd qeydə alınmışdı ki, onların da yarıdan çoxunu (21 min nəfər) YAP nümayəndələri təşkil edirdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi