Azərbaycan tarixi günbəgün: 21 dekabr

21 dekabr 1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında İlham Əliyev YAP sədrinin müavini seçilib...
21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub.
21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub.
21 dekabr 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov anadan olub.
21 dekabr 1991 - Qırğızıstan Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.
21 dekabr 1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. 2001-ci ilin noyabrında partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: