“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2013, 09:14
1322

Azərbaycan tarixi günbəgün: 27 dekabr

A- A+

27 dekabr 1805 - Rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib...

 

27 dekabr 927 - Azərbaycan Sacilər dövlətinin (indiki Cənubi Azərbaycan ərazisində) başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət (ərəb) ordusu arasında Kufə şəhəri yaxınlığında növbəti döyüş olub. Bundan öncə Xilafətə vergi ödəməkdən imtina edən və ərəb qoşunları üzərində bir neçə dəfə qələbə çalan Yusif Sacoğlu Kufə döyüşündə öldürülüb. 941-ci ildə Sacilər dövləti süqut etdi. Lakin ərəblərin hökmranlığı çox çəkmədi, bir qədər sonra bölgədə yeni güclü Azərbaycan-türk dövləti - Səlcuq imperatorluğu (Toğrul bəy Səlcuq) yarandı və Abbasilər Xilafətini özünə tabe etdirdi.

 

27 dekabr 1805 - Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başalayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.

 

27 dekabr 1932 - SSRİ-də məcburi pasport sistemi və yaşayış yeri üzrə qeydiyyat rejiminə keçid elan edilib. Sovetləşmədən sonra bolşeviklər ölkə daxilində pasportları (pasport yalnız xaricə səfərlər üçün verilirdi) çarizmin qalığı elan edərək ləğv etmişdilər. Lakin tezliklə insanların sərbəst hərəkətinin sovet idarəçilik rejimi ilə ziddiyyət təşkil etdiyi üzə çıxdı. SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qərara əsasən, pasport və yaşayış yeri üzrə məcburi qeydiyyat rejimini pozanlara qarşı inzibati, hətta cinayət məsuliyyəti tətbiq olunmağa başlandı.

 

27 dekabr 1991 - Kamboca Azərbaycanın Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkənin diplomatik əlaqələri 1994-cü il dekabrın 28-də qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi