“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2013, 10:54
1413

Azərbaycan tarixi günbəgün: 6 iyul

A- A+

6 iyul 1993 – İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının İstanbulda keçirilən sammitində Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən bəyanat qəbul olunub...

 

6 iyul 1927 – Hərbi xadim, tank qoşunları general-mayoru Valeh Bərşadlı (1927-1998) anadan olub. Zirehli Tank Qoşunları Hərbi Akademiyasını, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib, SSRİ Silahlı Qüvvələrinin müxtəlif hissələrində də komandir vəzifələrində çalışıb. 1991-ci ilin sentyabrında general-leytenant Valeh Bərşadlı Azərbaycan  Respublikasının ilk müdafiə təyin edilib. Lakin bu vəzifədə qısa müddət işləyib, həmin ilin dekabrında müxalifətin (Xalq Cəbhəsi) təzyiqi altında istefa verib. C.Naxçıvanski adına Hərbi Məktəbin rəisi işləyib, milli hərbi kadrların hazırlanmasına öz töhfəsini verib.

 

6 iyul 1993 – İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının İstanbulda keçirilən zirvə toplantısında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən bəyanat qəbul olunub. Sammit iştirakçıları Ermənistanı işğalçılıq müharibəsini dayandırmağa çağırıblar. Azərbaycan rəhbəri Heydər Əliyev ölkədəki ağır vəziyyətlə əlaqədar sammitdə iştirak etmirdi. ECO təşkilatına 10 müsəlman ölkəsi - Türkiyə, İran, Pakistan, Əfqanıstan, Mərkəzi Asiyanın beş respublikası (Qazaxıstan, Qırğızısrtan, Türkmənistan, Özbəkistan, Tacikistan) və Azərbaycan - daxildir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi