“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.07.2013, 10:06
1522

Azərbaycan tarixi günbəgün: 12 iyul

A- A+

12 iyul 1953 – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub...

 

12 iyul 1724 – Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il 12 sentyabrda bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib. 

Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb. Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb. Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsi başlanıb.

 

12 iyul 1953 – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. Mircəfər Bağırov 1930-cu ildən Azərbaycana rəhbərlik etmişdi. Stalinin ölümündən sonra onun müttəfiq respublikalardanı bütün əlaltılarının, o cümlədən Bağırovun mühakimə olunması qaçılmaz idi. Bağırov 1956-cı il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edilib, həmin ilin mayında güllələnib.

 

12 iyul 1988 – Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın ərazisindən çıxması barədə antikonstitusion qərar qəbul olunub. Bu, 1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında Dağlıq Qarabağda başlanmış separatizmin davamı idi. Bir gün sonra, 1988-ci il iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti sessiyasının qərarını qeyri-qanuni elan etdi.

 

12 iyul 1993 – Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli (İtaliya) erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub. Sonra Xankəndi və Yerevana gedən ATƏM rəsmisi ermənilərin girovluqdan azad etdikləri beş azərbaycanlı ilə yenidən Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də erməni qüvvələri Ağdam şəhərini işğal etdilər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi