“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.07.2013, 10:13
1351

Azərbaycan tarixi günbəgün: 4 iyul

A- A+

4 iyul 1992 – Azərbaycan Milli Ordusunun hissələri Dağlıq Qarabağın şimalında aparılan əməliyyat gedişində keçmiş muxtar vilayətin Mardakert (Ağdərə) rayon mərkəzini erməni hərbi birləşmələrindən azad ediblər...

 

4 iyul 1797 – Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan az öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu. Türk (azərbaycanlı) əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı. Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.

 

4 iyul 1992 – Azərbaycan Milli Ordusunun hissələri Dağlıq Qarabağın şimalında aparılan hərbi əməliyyat gedişində keçmiş muxtar vilayətin Mardakert (Ağdərə) rayon mərkəzini erməni hərbi birləşmələrindən azad ediblər. Ağdərə rayonunun böyük bir hissəsinin nəzarətə götürülməsi nəticəsində Azərbaycan ordusu Qarabağ müharibəsində ciddi mövqe üstünlüyü əldə etmişdi. Lakin hərbi-strateji baxımdan qeyri-peşəkar və darmacalda hazırlanıb həyata keçirilən əməliyyat tezliklə əks nəticə doğurdu. 1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu isə 1993-cü il fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi