“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.07.2013, 10:27
1414

Azərbaycan tarixi günbəgün: 26 iyul

A- A+

26 iyul 1992 – SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki donanmasının Rusiya və Azərbaycan arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən gəmilərin üzərində Azərbaycan bayrağı qaldırılıb...

 

26 iyul 1938 - Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbitlənib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil - Qusar, Zuvand - Lerik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı rayonları adlandırılıb. Bundan əlavə, Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi isə Xanlar (indiki Göygöl) qəsəbəsi adlandırılıb.

 

26 iyul 1992 – SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. 1992-ci il aprelində Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradılmışdı. Rusiya ilə aparılan gərgin danışıqlar Xəzər hərbi donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycan Respublikasının sərəncamına verilməsi ilə yekunlaşdı. 

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi isə 1918-ci ilin 5 avqustundan hesablanır. Həmin gün Xəzərdə keçmiş Rusiya imperiyasına məxsus hərbi gəmilərin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dəniz donanması yaradılmışdı.

 

26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. Ədib «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi