“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.07.2013, 10:37
1421

Azərbaycan tarixi günbəgün: 10 iyul

A- A+

10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər...

 

10 iyul 1835 – Görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani (1835-1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.

 

10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər.

 

10 iyul 1924 – Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924-1979) anadan olub.

 

10 iyul 1932 – Tanınmış alim, akademik, fizika-riyaziyyat elmləri doktoru Məhəmməd Şahtaxtinski anadan olub. Məhəmməd Şahtaxtinskinin bərk cisimlər (polad) fizikasına aid tədqiqatları iqtisadiyyatda geniş tətbiq olunur, əldə etdiyi elmi nailiyyətləri ilə xaricdə geniş tanınır.

 

10 iyul 1934 – Tanınmış riyaziyyatçı alim, pedaqoq, ictimai xadim Zahid Qaralov anadan olmuşdur. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi