Azərbaycan tarixi günbəgün: 7 iyul
7 iyul 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib...
7 iyul 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında «beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə» xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, «Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması» nəzərdə tutulmuşdu.
Bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi olaraq Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi o vaxt kiçik qəsəbə olan Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Müvafiq ərazi-inzibati bölgülərindən sonra DMQV-in ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərindəanadan olub. Rus və Azərbaycan dilində yazdığı elmi-fantastik əsərləri bir çox ölkələrdə çap olunub. "Yeraltı dünya", "Həyat naminə. Qarabağ – xoşbəxtlik və kədərim", “Vaxtdır qardaşım” və s. əsərlərin müəllifidir.
7 iyul 1992 – Azərbaycan Respublikası ilə Tailand arasında diplomatik münasibətlər qurulub.
7 iyul 1994 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəş Azərbaycana rəsmi səfərə gəlib. Prezident Heydər Əliyevlə görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq imkanları müzakirə edilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: