“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.07.2013, 10:49
1596

Azərbaycan tarixi günbəgün: 19 iyul

A- A+

19 iyul 1826 – Azərbaycan torpaqlarında ikinci Rusiya-İran müharibəsi başlanıb. Müharibə 1828-ci ildə Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə başa çatdı...

 

19 iyul 1826 – İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb. Müharibənin ilk günlərdə rusların hərbi qərargahı yerləşən Şuşa qalasını mühasirəyə alan İran (Qacarlar) taxt-tacının şahzadəsi Abbas Mirzənin qoşunları sonradan geri çəkilməyə başladılar. İran Rusiya ilə 1804-1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828), bu dəfə İran öz nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarının da Rusiyaya verməyə məcbur oldu. Bununla da Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırıldı.

 

1915 – Tanınmış opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadə (1915-1974) anadan olmuşdur.

 

19 iyul 1920 – Xalq Cümhuriyyətinin qurucularından biri, 1918-1920-ci illərdə Azərbaycan parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Xalq Cümhuriyyətinin süqutundan sonra onun bir sıra xadimləri hələ bolşevik Rusiyasının işğalına məruz qalmamış Gürcüstana mühacirət etmişdilər. Burada isə onları erməni terroru onları hədəf almışdı. 1920-ci ilin mayında Xalq Cümhuriyətinin baş naziri Fətəli xan Xoyski də Tiflisdə qətlə yetirilmişdi.

 

19 iyul 2007 – Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə növbəti siyasi göstəri - «prezident seçkisi» keçirilib. Qarabağ separatçılarının lideri vəzifəsində Akradi Qukasyanı Bako Saakyan əvəz edib. Azərbaycan bu seçkini qeyri-qanuni elan edib. Beynəlxalq təşkilatlar da separatçıların «seçkisi»ni tanımadıqlarını bəyan ediblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi