“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.07.2013, 09:10
1349

Azərbaycan tarixi günbəgün: 3 iyul

A- A+

3 iyul 1994 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun «28 May» və «Gənclik» stansiyaları arasında qatarında törədilən partlayış nəticəsində 13 nəfər həlak olub...

 

3 iyul 1993 – Milli Məclis Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin genişlənməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünvanlanan bəyanat qəbul edib. Bəyanatda dünya birliyinə olub Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün təsirli tədbirdər görmək çağırışı yer almışdı.

 

3 iyul 1994 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun «28 May» və «Gənclik» stansiyaları arasında qatarında törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Terror aktı Azərbaycan vətəndaşı, Qarabağ müharibəsində əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azər Aslanov tərəfindən törədilib. İstintaq zamanı o, aksiyanı Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyanın təlimatı ilə həyata keçirdiyini etiraf edib. Bundan bir qədər öncə (19 mart 1994) Bakı metrosunun "20 Yanvar" stansiyasında baş verən partlayış nəticəsində 14 nəfər həlak olmuşdu.

 

3 iyul 2008 – Bakıda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin görüşündə iki ölkə arasında tərəfdaşlığı möhkəmləndirmək barədə birgə bayannamə imzalanıb. Dmitri Medvedev Rusiya Federasiyasının prezidenti seçildikdən sonra Cənubi Qafqaza ilk səfərini, MDB üzrə isə Qazaxıstandan sonra ikinci səfərini Azərbaycana etmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi