“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.07.2013, 10:29
1525

Azərbaycan tarixi günbəgün: 25 iyul

A- A+

25 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muqan-Lənkəran bölgəsində rus əhalisinin bolşeviklərin təşviqi ilə qaldırdığı üsyanı yatırıblar...

 

25 iyul 1918 – Azərbaycan-türk (Osmanlı) qüvvələrinin Kürdəmir-Şamaxı cəbhəsi istiqamətindən  Bakıya doğru irəlilədiyini görən daşnak-bolşevik «Bakı Soveti» hökuməti İran (Cənubi Azərbaycan) ərazisindəki ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib. «Bakı Soveti»nin iclasında bolşevik fraksiyası qərarın əleyhinə olsa da, qurumdakı eser-menşevik-daşnak çoxluğu ingilislərin Bakıya çağırılmasına səs veriblər. Bundan sonra bolşeviklər fraksiyası qurumu tərk edəcəklərini bildiriblər. İngilis qoşunları Bakıya avqustun əvvəlində daxil olsalar da, ayyarım sonra Qafqaz İslam Ordusunun hücumları altında şəhəri tərk etməyə məcbur oldular.

 

25 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muqan-Lənkəran bölgəsindəki üsyanı yatırıblar. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə buraya köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və burada “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər. Üsyanın yatırılması zamanı qondarma “respublika”nın rəhbərləri (T.Ulyansev, İ.Kolomiysev və s.) məhv edilmiş, çoxlu sayda silah-sursat qənimət götürülmüşdü.

 

25 iyul 1990 – SSRİ-nin siyasi rəhbərliyi - Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib. Moskvanın ermənilərə yönəlik bu sərt addımı 1990-cı ilin mayında Ermənistanda keçirilmiş parlament seçkilərində millətçi və müstəqillik tərəfdarı Erməni Ümümmilli Hərəkatının qalib gəlməsi ilə bağlı idi. Sov.İKP MK-nın qərarına müvafiq olaraq Dağlıq Qarabağda erməni silahlı dəstələrinin qismən tərksilah edilməsi ilə bağlı bir neçə əməliyyat (o cümlədən 1991-ci ilin aprel-may kampaniyası) keçirilmişdi. Lakin tezliklə erməni millətçiləri Kreml dairələri ilə dil tapmağa müvəffəq oldular və bu qərar da əsas etibarilə kağız üzərində qaldı.

 

25 iyul 1992 – Azərbaycan Respublikası ilə Sudan dövləti arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi