“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.12.2010, 18:23
474

Milli Məclisin Avropa Şurasındakı yeni nümayəndə heyəti müəyyənləşib

A- A+

Deputatlar yanvarın 24-28-də AŞPA-nın qış sessiyasında iştirak edəcəklər

Dekabrın 15-də Milli Məclisdə spiker Oqtay Əsədov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi ilə görüş keçirib.

Görüşdə 12 nəfərlik əsas və ehtiyat üzvlərdən ibarət heyət elan olunub.

Altı nəfərlik əsas heyətə Səməd Seyidov, Əli Hüseynov, Rövşən Rzayev, Rafael Hüseynov, Sabir Hacıyev və Qənirə Paşayeva daxildir.

Ehtiyat heyətdə isə Fəzail İbrahimli, Elxan Süleymanov, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa yer alıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov, onun müavini vəzifəsinə isə Əli Hüseynov təyin olunub.

Qeyd edək ki, Azərbaycan parlamentini beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətləri Milli Məclis sədri tərəfindən müəyyənləşdirilir.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasının iclası yanvarın 24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələ də daxil edilib.

Xəbərlər
Redaktorun seçimi