“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.02.2010, 21:10
483

Milli Ensiklopediya hələ “A” hərfindədir

A- A+

Prezidentin 2004-cü ildə imzaladığı sərəncama görə, ensiklopediyanın nəşri 2008-ci ildə başa çatmalı idi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın “A” hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaxın günlərdə I cild oxuculara təqdim ediləcək.

“Şərq-Qərb” nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq.

25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cildinə 4281, II cildinə 4000 söz daxil edilib.

Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə “B” hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən “B” hərfinə aid məqalələrin bir qismi tərtib edilib.

* * *

Xatırladaq ki, prezident İlham Əliyev 2004-cü ilin yanvarında Azərbaycan Milli Ensiklopediyasının nəşr olunması barədə sərəncam imzalamışdı.

Sərəncama əsasən, Milli Ensiklopediyanın hazırlanması və nəşri 2004-2008-ci illərdə həyata keçirilməli idi.

Ötən dövrdə yalnız Milli Ensiklopediyanın Azərbaycana həsr olunmuş xüsusi cildi hazırlanıb və 2008-ci ildə çapdan çıxıb.

 

Xəbərlər
Redaktorun seçimi