“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.08.2009, 09:50
483

Azərbaycanlı gənc tədqiqatçı Almaniya institutunun elmi əməkdaşı seçilib

A- A+

Azər Babayev Frankfurt Sülh Tədqiqatları Institutunda Cənubi Qafqaz üzrə ekspert kimi fəaliyyət göstərəcək

Bu ilin avqustunda Mannheim universitetində sosial elmlər üzrə doktorant, gənc azərbaycanlı tədqiqatçı Azər Babayev doktorluq elmi işini təhvil verdikdən sonra Almaniyanın məşhur tədqiqat institutlarından olan HSFK-nin (Frankfurt Sülh Tədqiqatları Institutu) elmi əməkdaşı seçilmişdir. 

“Hakimiyyət və sosial sülh” elmi proqramı çərçivəsində post-dok üzrə akademik karyerasını davam etdirən Azər Babayev bundan əlavə, həmin institutda Cənubi Qafqaz üzrə ekspert kimi fəaliyyət göstərəcəkdir.

Almaniyanın ilk və ən böyük sülh tədqiqatı institutu olan HSFK 1970-ci ildə Hessen əyalət hökuməti tərəfindən yaradılmışdır və Almaniya üzrə 86 tədqiqat institutunu birləşdirən Leibniz cəmiyyətinin üzvüdür. Frankfurt Sülh Tədqiqatlari İnstitutunun əsas məqsədi beynəlxalq və daxili münaqişələrin araşdırılması, sülh şərtlərinin tədqiq edilməsi və habelə sülh ideyasının dəstəklənməsidir.

Həmçinin siyasi məşvərət funksiyasını həyata keçirən institutun əldə etdiyi tədiqiqat nəticələri alman federal hökumətinin bu istiqamətdə konkret siyasi qərarlarının qəbul olunmasına da öz töhfəsini verir. Bununla yanaşı, HSFK müvafiq mövzularda alman ictimai fikrinin formalaşmasında da önəmli rol oynayır.

Gənc tədqiqatçı Azər Babayev regionda gedən siyasi proseslərə, xüsusilə Qarabag münaqişəsinə dair məqalələri, habelə beynəlxalq konfranslarda çıxışları ilə alman elmi dairələrində Cənubi Qafqaz regionu üzrə ekspert kimi tanınmaqdadır. Buna görə də onun belə mötəbər institutda elmi fəaliyyətə başlamasını regionla bağli araşdırmalarında yeni mərhələ hesab etmək olar.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi