Hapıtlılar
Azərbaycanın etnik cəhətdən rəngarəng bölgələrindən olan Quba rayonunda, Şahdağın ətəklərində salınmış Xınalıq, Buduq, Qrız, Hapıt kəndlərində xınalıqlılar, buduqlular, qrızlılar və qrız etnosuna aid edilən hapıtlılar, ceklilər, əliklilər, yerguclülər yaşayırlar.
Hapıtlılar qrız etnosuna qohum etnik qrup olub qrız dilinin hapıt dalektində danışırlar. Bu gün hapıtlılar toplu halda əsasən Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar. Qubanın Hapıt kəndi onların ən qədim yaşayış məskənidir və Şahdağ xalqlarının məskunlaşdığı ən ucqar ərazi hesab olunur. Hapıtlılar tarixi Azərbaycan torpaqlarının, o cümlədən Qafqaz Albaniyası dövlətinin qədim sakinlərindəndirlər. Azər- baycan tarixçisi və etnoqrafi, professor Qiyasəddin Qeybullayev qədim yazılı mənbələrin və etnoqrafik materialların təhlili nəticəsində hapıtlıların da alban tayfalarının varisi olduqları qənaətində olmuşdur.
Qrızlılar və onların subetnosu olan hapıtlılar qədim hər (er) tayfalarının dövrümüzə gəlib çatmış nümayəndələridirlər. Bu qrupların etnik adlandırılmasındakı hər komponenti onların mənşəyinin Qafqaz Albaniyası ilə bağlılığını göstərir. Hapıtlılar öz kənd- lərinin oykonimi ilə tanınsalar da, bu gün də özlərini hər adlandırırlar. Qohum tayfalar – əliklilər onlara horud, ceklilər herud, qrızlılar isə habudər deyirlər.
Qədim hər (her) tayfaları Qafqaz Albaniyasının şimal-qərbində – Hereti mahalında yaşamışlar. Hətta XX əsrin 30-cu illərinə kimi hapıtlıların bəzən özlərini hereti adlandırmaları məlumdur. V əsrdən etibarən hərlərin yaşadığı bu ərazi ərəb mənbələrində Haranta, Hornəburc kimi də tanınır. Qeyd etmək lazımdır ki, hapıt əfsanələrinə əsasən, onların əcdadları ərəb basqınlarından qorunmaq üçün Hərna şəhərini tərk etmiş və keçilməz dağlıq ərazilərdə məs- kunlaşmış, Hapıt, Xınalıq, Qrız, Buduq kimi kəndlərin əsasını qoymuşlar. Xatırladaq ki, qədim mənbələrdə Hərənta, Hornəburc kimi qeyd olunan alban şəhərlərinin oykonimləri hapıtlıların əfsanəvi Hərna şəhərinin adı ilə səsləşir.
"Hapıt" toponimi fonetik baxımdan Ptolomeyin Qafqaz Albaniyasının yaşayış məskənləri sırasında adını çəkdiyi Hobota şəhərinin, VII-VIII əsrlərdə baş ver- miş ərəb-xəzər müharibələri zamanı dağıdılan Habandla vilayətinin adları ilə bənzərdir. XVI əsrdən etibarən həmin toponim mənbələrdə Herem kimi də xatırlanır. Maraqlıdır ki, Türkiyənin Anadolu bölgəsində qədim oğuz boyları tərəfindən əsası qoyulan və qaraqoyunlu tayfalarının yaşadıqları Harput bölgəsinə xas olan türkülərdə də hər elinin və Haput diyarının adlarına rast gəlinir. Məsələn,
Aş yedim yar əlindən Gül dərdim hər elindən Habut diyar, Habut diyar.
Habudu, habudu Habut diyar.
Qubanın Hapıt kəndi əhalisinin tarixən Qəbələ bölgəsi ilə əlaqələri olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, Hapıtdan Qəbələyə qısa dağ yolu da var idi. XX əsrin ortalarınadək Şahdağ əhalisi həmin yolla Qəbələyə yolla- nardı. «Bazar düzü» deyilən ərazi isə adından bəlli olduğu kimi, böyük ticarət mərkəzi kimi tanınmış, həm Quba, həm də Qəbələ rayonları- nın əhalisi buraya bazarlıq, mal mübadiləsi etməyə gələrdilər. Dağ yolunun üstündə, Oğuz rayonu ərazisində yerləşən dağ isə bu gün də «Haputuçuran» adlanır.
XIX əsrdə yazılmış tarixi-etnoqrafik ədəbiyyatda hapıtlılar bəzən müstəqil etnos46 kimi təq- dim olunsalar da, hazırda onları qrız dilinin hapıt dialektində danışan və qrız etnosuna aid subetnos kimi qəbul edirlər. XIX əsrin 30-40-cı illərindən etibarən hapıtlılar tədricən özlərinin qədim yaşayış məskənindən daha əlverişli olan mülayim iqlimli ərazilərdə yerləşməyə başlamışlar. Həmin əsrə aid mənbələrdə onların Ərəş qəzasında Kür sahilində yerləşən qışlaq yerləri olduğu barədə məlumatlara rast gəlinir. XIX əsrdə hapıtlılar Quba, Göyçay, Şamaxı və Şəki bölgələrində 57 kənd salmışlar. Onların düzənlik bölgələrə miqrasiyası 1860-1880-ci illərdə daha da intensivləşmişdi. 1880-ci illərdə Müşkür bölgəsindəki hapıt kəndlərində 1433 nəfər əhali qeydə alınmışdı. Qubanın İbrahimhapıt, Dirşalıhapıt kimi kəndləri də hapıtlıların qədim yaşayış yerlərindən biri olmuşdu. Mənbələrdə XIX əsrdə həmin kəndlərdən Zülfüqar oba, Hacıməməd oba, Qədir oba, Şıx Hapıt qış- lağı, Məmməd oba, Dədəli qışlağı kimi hapıt nəsillərinin köç etdiyi bildirilir. Brokhauz və Efronun ensiklopedik lüğətinin 1886-cı il buraxılışında verilən məlumata görə, hapıtlılar Yelizavetopol quberniyası əhalisinin 0,21 %-ni təşkil etmişlər.
Bu gün hapıtlılar toplu halda Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində yaşayırlar. Bu kəndlərin əhalisi hapıt dilində danışır. Xaçmazda (Şıxhaput kəndi), Qəbələdə (Məlikli, Sileyli kənd- ləri), Ağdaşda (Hapıtlı, Ovçulu kəndləri) isə hapıtlılar Azərbaycan türkləri ilə birlikdə yaşayırlar. Mollaisaqlı və Hacıhətəmli kəndləri tədricən öz tarixi kəndləri – Qubanın Hapıt kəndi ilə əlaqəni tamamilə kəssələr də, bu kəndlə- rin əhalisi hapıt dilində danışmaqda davam edir. İsmayıllı rayonunun Hapıt- lı, Mollaisaqlı, Hacıhətəmli kəndlərində məskunlaşan hapıtlılar say etibarilə Hapıt kəndinin sakinlərindən çoxdurlar (təqribən 700 nəfər). Həmin yaşayış məntəqələrinin əhalisi XX əsrin əvvəllərində Hapıt kəndindən köçərək burada məskunlaşmış, əsasən maldarlıqla məşğul olmuşlar. Hacıhətəmli kəndi üç hapıt nəslindən – çoçanlılar, izbaşlılar və çühürlülərdən ibarətdir.
İsmayıllı rayonu ərazisində aşkar edilmiş epiqrafik abidələrdən məlum olmuşdur ki, hapıtlılar vaxtilə indiki Qalacıq kəndinin ərazisində də yaşamışlar. Buradakı qədim Pirdavud məzarlığındakı baş daşlarında «hapıt» sözünə rast gəlinməsi faktı bu fikri təsdiqləyir. Hapıt kəndlərində əhali əsasən qoyunçuluq və əkinçilklə məşğul olur. Qış bu ərazidə çox sərt keçdiyi üçün kəndin heyvandarlarının əksəriyyəti oktyabr-no- yabr aylarında sürüləri götürərək Azərbaycanın aran ərazilərinə, xüsusilə Şirvan düzündəki qışlaqlara köç edirlər. Beləliklə, qış aylarında kənd demək olar ki, 30-40 ailə qalır. Yazın sonunda isə kənd yenidən canlanır, əvvəlki axarına qayıdır. Hapıtlılar arasında sənətkarlıq, xüsusilə xalça- çılq, yun çorab və şal toxun- ması, gön-dəri emalı geniş yayılmışdır.
Ənənəvi hapıt geyimlə- ri Azərbaycanın digər böl- gələrindən bir o qədər də fərqlənmirdi. Şahdağ kəndləri üçün xarakterik olan kişi xəz kürkü kaval adlanırdı. Kişilər ayaqlarına ənənəvi çarıqlarla yanaşı, yundan toxunan kəməçər və ya şətəl adlanan corab- lar geyərdilər. Qadın geyimi isə perem deyilən üst köynəkdən, bulaşa (don) və valçaq deyilən üst geyimindən ibarət idi. Qadınlar ayaqlarına şalmar (dəri ayaqqabı) və kəməçər geyərdilər.
Hapıt kəndinin əhalisi öz tarixləri ilə bağlı bir sıra rəvayətləri yaxşı xatırlayır, hətta bu ərazilərin vaxtilə övliyalar məskəni olduğunu söyləyirlər. Deyilənə görə, kənddə əvvəlcə zahidlik edən tərki-dünya övliyalar yerləşmiş, sonralar əhali onların ətrafına köç etmişdi. Təsadüfi deyildir ki, hapıtlıları çox zaman şıx hapıtlı (şeyx hapıtlı) da adlandırırlar. Şahdağ xalqlarının etnik köklərinin izlərini daşıyan Qəbələ, İsmayıllı və Şəki ərazilərində uzunluğu iki metrdən də çox olan köhnə hapıt qəbirlərinə rast gəlmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Strabon Qafqaz Albaniyası əhalisinin hündür boyları ilə seçildiyini yazırdı. Hapıt kəndi müxtəlif pirlər və ziyarətgahlarla da zəngindir. Onların arasında Babadilim piri xüsusilə seçilir. Yerli əhali keçmişdə burada ağ geyimli möminlərin, övliyaların yaşadığını söyləyir. Tədqiqatlardan məlum olur ki, türbənin tarixi X-XI əsrlərə aiddir və sufilik mərkəzlərindən biri kimi fəaliyyət göstərmişdir.
Babadilim ziyatərgahına nəzir kimi əsasən xalça gətirirlər. Hətta bəzən buranı «Xalça piri» də adlandırırlar. Ziyarətgahdakı alma ağacı da müqəddəs sa- yılır. Qədim inanclara görə, onun budaqlarında müxtəlif parçalar bağlanmışdır. Bu piri ziyarət etmək üçün təkcə Qubadan deyil, ətraf rayonlardan da gəlirlər. Xalq arasında əsasən «dil açan pir» kimi tanınan ziyarətgahın ərazisində qədim məzarlıq da vardır.
Hapıtda XVII-XVIII əsrlərə, hətta daha qədim dövrlərə aid qəbirlər qorunmaqdadır. Hapıt kəndindəki qədim qəbir abidələrində Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar və təbiət qüvvələri ilə bağlı simvolik işarələr bu günə- dək qorunmuşdur. Kəndin qəbiristanlığında aşkar edil- miş bəzi qədim başdaşıları üzərində aypara, günəş təsviri ilə yanaşı, ərəb yazıları və Qafqaz Albaniyası üçün xarakterik olan nəbati və zoomorf naxışlar həkk olunmuşdur. Qəbələ, İsmayıllı və Quba bölgəsində yaşayan inanclı hapıtlılar Komrad, Babadağı kimi pirlərə də gedirlər.