Molokanlar
Azərbaycan müstəqilliyinin bərpasından sonra üzləşdiyi çətinliklərə və maneələrə baxmayaraq, milli dövlətçiliyini möhkəmləndirmiş, iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuşdur. Bu uğurlarla yanaşı Azərbaycan Respublikasının ən böyük nailiyyətlərindən biri ərazisində yaşayan bütün xalqların milli mədəniyyətlərini, ana dillərini qoruması və inkişaf etdirməsidir. Tarixi köklərə və ənənələrə malik tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi, buradakı xalqların və dinlərin birgəyaşayış mühitinin formalaşması, fərqli inanc, yaşam tərzi və adətlərin qayğı ilə mühafizəsindən söz düşəndə molokan təriqətinə etiqad edən etnik rusların məskunlaşdığı kənd və qəsəbələrin adları da çəkilir.
Azərbaycanın şimal-qərbindəki mənzərəli guşələrin birində – İsmayıllı rayonunda, paytaxtdan təqribən 180 kilometrlik məsafədə yerləşən İvanovka kəndi həm SSRİ dönəmində, həm də indi varlı, inkişaf etmiş yaşayış məntəqələrindən biri sayılır. Bu kəndə etnoqrafik anlamda bəzən «Azərbaycanda Rusiyanın bir parçası» da deyirlər. Rusiya və Azərbaycan arasında münasibətlərin hansı səviyyədə olmasının fərqinə varmayaraq, İvanovka hər iki xalq arasında möhkəm dostluq və qardaşlıq ənənələrinin timsalıdır. Hazırda burada 1070-dən çox ev var. İvanovka özünün sakitliyi və təkrarolunmaz təbii mənzərələri, et- noqrafik özünəməxsusluğu, əhalisinin mehribanlığı, saflığı və zəhmətsevərliyi ilə də ad çıxarmışdır.
İvanovka kəndi haqlı olaraq Cənubi Qafqaz respublikalarında təkcə rus xalqının kənd mədəniyyətinin, etnoqrafiyasının deyil, xristianlığın molokan təriqətinin, bu inancdan irəli gələn özünəməxsus yaşam tərzinin, adət-ənənələrin qayğı ilə qorunub-saxlandığı yeganə yaşayış məntəqəsi, rus- ların Azərbaycan torpaqlarında məskunlaşma tarixinin daşıyıcısıdır. Bu kəndin yaranma tarixi barədə fərqli mülahizələr vardır. Bəzi mənbələrə görə, həmin yaşayış məskəninin təməli 1840-cı ildə, digər qənaətə görə isə 1847-ci ildə Ru- siyanın Tombov quberniyasından sürgün edilmiş molokan təriqətli etnik ruslar tərəfindən qoyulmuşdur. Onlar 1834-cü ildə əvvəlcə indiki Qəbələ bölgəsində Topçu kəndinin yaxınlığındakı Axox (Ahoh) çayının (Əyriçayın sağ qolu) sa- hilində məskən salsalar da, Rusiyanın soyuq iqlimindən sonra buradakı isti və rütubətli şəraitə uyğunlaşa bilməmələri, onların ənənəvi yaşayışı və təsərrüfa- tı üçün əlverişsizliyi üzündən 1847-ci ildə soyuq yüksəklikdə – İsmayıllının Acınohur dağının ətəklərində məskunlaşmağı qərara almışlar. Kəndin əvvəlki adı «Nefteran» olsa da, sonralar burada məskunlaşmanın ilk təşəbbüsçüsü İvan Perşinin şərəfinə «İvanovka» adlandırılmışdır.
Yaşlı nəslin dediyinə görə, sıx meşə ilə əhatə olunan və şirin su mənbələ- rindən kənarda yerləşən bu ərazidə əvvəllər də yaşayış yox idi. Bununla belə, Rəbbə ən böyük ibadətin zəhmət olduğunu bilən zəhmətsevər molokanlar ruh- dan düşməmiş, yeni vətənlərində qısa vaxt ərzində abad evlər tikmiş, əkin sahələri, meyvə bağları və bostanlar salmış, suvarma üçün yeni kəndin ətra- fında su nohurları qazmış, eyni vaxtda yerli əhali ilə ünsiyyət qurmuş, onlarla qaynayıb-qarışmışlar. Hazırda burada ruslarla yanaşı Azərbaycan türkləri, uk- raynalılar və ləzgilər də yaşayır, sevinc və kədərlərini birgə bölüşür, qohum olur, bayram və milli el şənliklə- rini birlikdə qeyd edirlər.
Müasir İvanovka kəndinin bir sıra özəllikləri arasında üç özünəməxsus xüsusiyyəti buraya gələn qonaqların diqqətini xüsu- si olaraq cəlb etməkdədir. Birincisi, İvanovka kəndi tarixi vətənlərindən çox-çox uzaqlarda məskunlaşmış rusların özünəməxsus milli mədəniyyətlərinin, inanclarının unikal daşıyıcısı, açıq səma altında etnoqrafik muzey kimi dəyərləndirilməklə yanaşı, «Azərbaycanda rus etnik mədəniyyətinin mühafizə olunmuş bir parçası» adlandırılır. İkincisi, bu gün həm də beynəlmiləl yaşayış məntəqəsi olan İvanovka kəndi Azərbaycan ərazisində müxtəlif xalq və etnik qrupların dil, din fərqindən asılı olmayaraq əmin-amanlıq içərisində yaşamasının, birgəyaşayışının, tarixi kök- lərə söykənən tolerantlıq ənənələrinin bariz nümunəsidir. Burada Azərbaycan və rus xalqlarının səmimi dostluğuna, çətin günlərdə bir-birinə dayaq olmala- rına dair xeyli misallar göstərmək olar. Yaşlı nəsil xatırlayır ki, İkinci Dünya müharibəsi illərində İvanovka kəndinin əhalisi 500-dən çox Azərbaycan tür- künü aclıqdan xilas etmişdir. Ötən əsrin 50-ci illərində baş vermiş quraqlıq və ərzaq qıtlığı zamanı isə Azərbaycan türkləri molokan qonşularının köməyinə gələrək öz azuqələrini onlarla bölüşmüş, təsərrüfatın dirçəldilməsinə əllərin- dən gələn yardımlarını əsirgəməmişlər.1 Üçüncü özəllik isə bu kənddə kollek- tiv təsərrüfatın – Azərbaycanda yeganə kolxozun bu günədək uğurla fəaliyyət göstərməsidir.
Rusiyanın tanınmış yazıçı-jurnalisti Aleksandr Proxanov da əslən İvanovka kəndindəndir. O, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrinin bi- rində əcdadları və molokanların Azərbaycanda məskunlaşmaları, buradakı şə- rait barədə bunları demişdir: «Mən İvanovka molokanlarının nəslindənəm. Onlar təqiblərdən canlarını qurtarmaq üçün Qafqaza, Azərbaycana pə- nah gətirən rus «dönükləri» olmuşlar. Çoxdan idi ki, oradakı rus yaşayış məntəqələrinə getmək istəyirdim. Nəhayət, arzuma çatdım. Mən molo- kanları gördüm. Orada molokanların məşhur lapşasını, vaxtilə nənəmin də bişirdiyi xörəkdən də yedim. Rus koloniyası azərbaycanlılar (Azərbay- can türkləri) arasında əmin-amanlıq içərisində yaşayırlar. Mən əcdadları- ma sığınacaq verdiyi üçün Azərbaycana çox minnətdaram».
Xatırladaq ki, molokanlar (rus dilində: «molokane») rus xalqının dini-et- noqrafik qruplarından biridir. Tədqiqatçılar molokanlıq təriqətinin XVII əsrdə rus pravoslav kilsəsində baş vermiş parçalanma, kilsə hakimiyyətinə qarşı mü- barizə nəticəsində XVIII əsrin 70-ci illərində yarandığını iddia edirlər. Digər pravoslav ruslardan təriqət fərqi və spesifik adət-ənənələri ilə seçilir və onla- rı bəzən islahatçılar, pravoslav məzhəbinin protestantları və ya духовные христиане (ruhən xristianlar) da adlandırırlar. Molokanlıq ortodoks pravos- lav kilsəsindən ayrılmış islahatçı təriqətdir. Onun ardıcılları İncil mətnlərinin zahiri deyil, rəmzi və alleqorik yozum daşıdığına, Rəbbin «Müqəddəs Ruh» və «Müstəsna Həqiqət» olduğuna inanır, onun bütün insanları öz görkəmində yaratdığı üçün xaç təsvirlərindən və kilsə ikonalarından, eləcə də övliyalardan, kilsə iyerarxiyasından, pravoslav oruclarından və xaç suyuna salınma ayinin- dən imtina edir, xaç çevirmir, «Bəndə Yaradana ayinlərlə deyil, qəlbən, ruhən sitayiş etməlidir» - deyirlər. Onların özlərini dux (rus dilində: «ruh») kimi təq- dim etmələri də məhz bu məntiqdən irəli gəlir.
Molokanların inancına görə, Rəbb digər xristian məzhəblərinin təlqin etdiyi kimi «kainatın qəzəbli hakimi» deyil, Məhəbbət, Şəfqət və Ədalətdir. Bundan başqa, İncildəki “Müjdələr” ruhanilər və mülk sahiblərindən başqa sadə insan- lar üçün də yazılmışdır. Molokanların fikrincə, «insanın Rəbbə itaəti yalnız onun ruhunda və həqiqətdədir» (İncil, Yəhyanın müjdəsi, 4:23). Beləliklə, pra- voslav məzhəbinin prinsiplərinə əməl etməyən, Rəbbbəndə münasibətlərini özünəməxsus qaydada dərk edən bu insanların inancı Rusiya ərazisində «küfr» kimi qəbul edilmişdir. Məhz bu səbəblərdən Çar Rusiyasının hakim dini-siyasi ideologiyasının «batil», «pozucu» və ya «qiyamçı» adlandırdığı «ruhən xris- tianlar» amansız təqib olunmuş, məhbəsə atılmış, onların övladları zorən pra- voslav monastrlarına aparılmış, kütləvi şəkildə imperiyanın ucqar guşələrinə Sibirə, Mərkəzi Asiyaya, Krıma, Cənubi Qafqaza, o cümlədən Azərbaycana, həmin dövrlərdə Çar Rusiyasının işğalı altında olan Şərqi Anadolu ərazilərinə sürgün edilmişlər.
Maraqlıdır ki, molokanlarda «kilsə» anlayışı yoxdur və dini ayinlərini «iba- dət evi» adlandırılan, bir qayda olaraq görkəmcə digər tikililərdən seçilməyən binalarda icra edirlər. Bunun səbəbini isə tarixi gerçəkliklə – hələ Rusiyada olarkən təriqət üzvlərinin ciddi təqiblərə məruz qalmaları üzündən diqqəti ya- yındırmaq üçün uzun illər boyu gizli ibadət etmələri ilə əlaqələndirirlər. Böyük rus mütəfəkkiri Lev Tolstoy dəfələrlə imperiya ərazilərindəki müxtəlif dini az- lıqların, o cümlədən müsəlmanların və molokanların müdafiəsinə qalxmış, on- ların dini etiqad azadlıqlarının təmin olunması üçün Çar II Nikolaya müraciət- lər yazmışdır. Müraciətlərdən birində deyilir: «Dini zəmində olan istənilən təqib nəinki hakimiyyətin nüfuzunu aşağı salır, onu xalqın məhəbbətindən məhrum edir və qarşıya qoyulan məqsədə çatmır, əksinə tamamilə əks fəa- liyyətin yaranmasına səbəb olur».
Molokanların etiqadına əsasən, insan ilk növbədə təmiz qəlbə malik olma- lıdır. Çünki səmimiyyətdən, imandan, ədalətdən, mənəvi saflıqdan, halallıqdan irəli gələn saf söz bəndə və Yaradan arasında yeganə ünsiyyət vasitəsidir. Yerli əhali arasında molokanlara rəğbət və etimad qazandıran amillərdən biri də on- ların halallığa üstünlük vermələridir. Məsələn, əgər təriqət üzvü sahibsiz bir əşya və ya mal-qara, at və s. taparsa, əvvəlcə öz kəndini, sonra isə qonşu yaşa- yış məntəqələrini dolaşaraq onun sahibini axtarmalıdır. Oğurluq, harama me- yil, özgə malına göz dikmək molokanlar arasında böyük günahlardan sayılır. Xristian dininin bir sıra məzhəb və təriqətləri ilə müqayisədə onlar Üç uqnum Ata-Oğul-Müqəddəs Ruh birliyi prinsipini tamamilə fərqli fəlsəfi yozumda – Rəbb-Oğul-Yaddaş; Rəbb-Oğul-İdrak; Rəbb-Müqəddəs Ruh-İradə kimi dərk edirlər. Molokanlar fiziki və mənəvi təmizliyi, halallığı, bütün insanların Rəbb qarşısında bərabərliyini hər şeydən uca tutur, ilkin xristianlar kimi spirtli içkiləri, donuz ətini, tütünü haram sayırlar.
Yeri gəlmişkən, regionlarda yerli müsəlman çoxluğu ilə molokanların həyat tərzində, adət-ənənələrində, eləcə də inanclarında olan yaxınlıq qısa vaxt ərzində həmin dini icmalar arasında qarşılıqlı rəğbət hissini artırmış, mehriban dostluq və qonşuluq münasibətləri- nin təməlini qoymuş, din və dil müxtəlifliyindən asılı olmadan onlar arasında səmimi münasibətlərin yaranmasında və bu günədək davam edən, qarşılıqlı hörmətə əsaslanan birgəyaşayış normalarının formalaşmasında mühüm rol oy- namışdır. Rusiyalı tarixçi-etnoqraf N.Kalaşevin yazdığına görə, ivanovkalılar qısa bir vaxtda yerli əhalinin adət-ənənələrini öyrənmiş və yerli dilə yiyələn- mişlər. «Tatarlarla» (Azərbaycan türkləri) qonşu olduqları üçün yerli əhali ilə daim ünsiyyət saxlayır və bəzən isə onlarla öz aralarında yerli dildə danışırdılar. Eyni zamanda, ruslarla qonşu olan, bir yerdə çalışan Azərbaycan türkləri də rus dilini həvəslə öyrənir, onların övladları rus məktəblərində təhsil alırdılar.
Rusiyalı alim Nikolay Kudinovun 1905-ci ildə nəşr etdirdiyi «Rusiyada molokanlığın yüz illiyi» kitabında XIX əsrin 40-cı illərində Şirvan ərazisinə köçürülmüş molokanlardan yazarkən qeyd edir ki, onlar müsəlmanlar arasın- da yaşamalarından qətiyyən narazı deyildilər. Çünki müsəlmanlar da ikonaları bütpərəstlik əlaməti hesab edir, molokanların qidasını – donuz əti, axçasız ba- lıq yeməmələrini, şərab içməmələrini islam qaydalarına uyğun hesab edirdilər. Bundan başqa, İncil rəvayətlərinin bir hissəsi Quran mətnləri ilə uzlaşırdı.
Molokan dini icmasına yerli dindarlardan seçilmiş ağsaqqal – presviter (yunanca: «başçı») rəhbərlik edir. Bu xristian dini hərəkatının baniləri, onun yaranma tarixi və «molokan» sözünün anlamı barədə dəqiq məlumat yoxdur. Qədim sənədlərə əsasən, XVIII əsrdə həmin təriqətin əsas təbliğatçısının Rusiyanın Tombov quberniyasında yaşamış dindar kəndli Semyon Ukleyinin (1727-1809) olduğu bildirilir. «Molokan» ifadəsinə gəldikdə isə onun fərqli yozumları vardır. Məsələn, belə yozumlara görə, ilk molokanlar Melito- pol uyezdindəki Moloçnaya çayı sahillərinə sürgün edildikləri və ya həmin məzhəb nümayəndələrinin pravoslav orucu dövründə qadağan olunmuş qida süd içdikləri üçün (ruslar südə “moloko” deyirlər) belə adlandırılmışlar. Molokanlar isə bu mülahizələri doğru saymır, həmin termini İncil mətnindəki ruhani süd anlayışı ilə izah edirlər: «Hər cür ədavəti, məkri, hər cür riya- karlığı və paxıllığı, böhtanı bir kənara qoyun. Yeni doğulmuş körpə kimi (Rəbbin) saf sözün südünü sevin, çünki sizin yalnız xilasınız ondadır. Axı siz Rəbbin nemətlərindən dadmısınız» (Həvari Pyotrun müraciətləri, 1:2)
XIX əsrin əvvəllərində Rusiyada molokan təriqətinin geniş yayılması sayəsində onun ardıcıllarının sayı təqribən yarım milyon nəfərə çatmış, böyük sosial qüvvəyə çevrilmişdir. Əslində, molokanların Şimali və Cənubi Qafqa- za ilk sürgününə hələ imperatriça II Yekaterinanın dönəmində başlanılmışdır. Zorən köçürmələrin ikinci dalğası isə 1830-cu ilə təsadüf edir. 1828-1829-cu illərdə baş vermiş rus-türk müharibəsi, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi nəticəsində Qars bölgəsi də daxil olmaqla Şərqi Anadolunun bir hissəsinin, tarixi Azərbaycan torpaqlarının böyük ərazisinin Çar Rusiyası tərəfindən işğalı imperiya ərazisində «molokan probleminin» də həllinə yeni imkanlar açmışdır. Belə ki, I Nikolay zəbt edilmiş ərazilərin ruslarla, xüsusilə molokan və duxabor təriqətləri nümayəndələri ilə məskunlaşdırılması məqsə- dilə dekret imzalamış və həmin sənəd əsasında onların Cənubi Qafqaz və Kars torpaqlarına kütləvi şəkildə köçürülməsinə – sürgününə başlanılmışdır. Lakin bu köçürmədə Çar I Nikolayın daxili siysətdəki fəaliyyət devizinin – «Pravoslavlıq, mütləqiyyət və vahid xalq» prinsipinin də əhəmiyyətli rolu olmuşdur. Sürgünə məruz qalanların etirazını səngitmək, onları həvəsləndirmək üçün paralel olaraq guya 1836-cı ildə Ağrı dağının ətəklərində İsa Məsihin min illik şahlığının başlanacağı, ətrafına mömin insanları toplayacağı barədə dini rəvayətin təbliği genişləndirilmişdir. Lakin Qars bölgəsində yerləşdirilmiş molokanlar bir müddət burada qaldıqdan sonra onların böyük hissəsi ABŞ-a, Kanadaya, Avstraliyaya və Avropaya üz tutmuşdur. Hazırda Türkiyədə mo lokanların kiçik icmaları qalmaqdadır. Azərbaycanda isə rus köçkünlərinin İvanovka, Saratovka, Arxangelovka, Privolnı, Prişib, Borisovka, Novoqrajda- novka, Novatroitska, Slavyanka kimi kəndləri salınmışdır. Molokanlar əsasən Bakı və Sumqayıt şəhərlərində, Şamaxı, İsmayıllı, Gədəbəy və Quba bölgələrində yaşayırlar. Hazırda ölkədə Molokan ruhani-xristian dini icması rəsmi qeydiyyata alınmışdır. Onların ölkə ərazisində 10-dan çox dini nümayəndəliyi fəaliyyət göstərir.
Azərbaycan ərazisində məskunlaşmış rus kəndliləri yerli kənd təsərrüfatı təcrübəsini öyrənməklə yanaşı, buraya yeni əmək alətləri, o cümlədən «molokan arabası» adlandırılan yükdaşıma vasitəsini, fərqli maldarlıq, əkinçilik ənənələrini də gətirmiş, əsasən üzümçülük, taxılçılıq, arıçılıq, bostan- çılıq və mevəçiliklə məşğul olmuşlar. Yeri gəlmişkən, Azərbaycanın kənd təsərrüfatında ilk dəfə pomidor, kartof, günəbaxan kimi bitkilərin yetişdiril- məsi regiona köç etmiş etnik ruslarla bağlıdır. Eyni zamanda, Cənubi Qafqaz ərazilərində dəmir yolu xətlərinin çəkilişinədək, burada araba karvanları ilə irihəcmli yük daşımalarında molokan kəndliləri də iştirak edirdilər. Bununla belə, onların özləri ilə gətirdikləri «girka» və «arnautka» kimi buğda sortları Azərbaycan iqliminə uyğunlaşa bilməmiş, nəticədə yerli «qara qılçıq», «sarı buğda» sortlarına üstünlük vermişlər.
Molokanların özlərinə məxsus qida mədəniyyəti vardır. Doğrudur, ha- zırda yaşlı nəsil gənclərin bu ənənələri nisbətən unutduğundan gileylənsə də, bəzi ailələrdə onlara bu gün də ciddi riayət edirlər. Yemək süfrəsi, bir qayda olaraq, çay mərasimi ilə başlanır. Fincanlara çay süzüldükdən sonra Rəbbə şükranlıq duası oxunur və ailə üzvləri, qonaqlar süfrə arxasında əyləşirlər. Süfrəyə müxtəlif içlikli piroqlar düzülür. Adətən, çayı nəlbəkidə, şəkərdən bir dişdəm alıb içirlər. Bu vərdiş bir müddət Azərbaycan türklərinə də keçmiş di. Sonra yemək masasına molokanların ən ləziz xörəyi olan «lapşa» – əriştə şorbası gətirilir. Onlar da Azərbaycan milli mətbəxində olduğu kimi əriştəni özləri hazırlayır, nazik tellərə kəsir, qurudur və ət suyunda bişirirlər. Əriştə ye yildikdən sonra yenidən dualar oxunur. Süfrəyə qoyulan növbəti xörək isə so- yutma ət və kartof olur. Molokan mətbəxinin ənənəvi sulu xörəklərindən biri də borşdur. Lakin Rusiya və Ukraynadan fərqli olaraq, onu noxudla bişirirlər. Yay aylarında ənənəvi rus sobalarında – daşdan hörülmüş peçlərdə isə çinik- lər – içliyi meyvələrdən, xüsusilə böyürtkəndən olan piroqlar hazırlayırlar. Bu gün İvanovkadakı Nikitin adına sovxozun ticarət şəbəkəsində molokan şora- baları, şirniyyatları, pendir və çovdar unundan bişirilmiş «İvanovka» çörək- ləri həvəslə alınır. Bakıda bu təsərrüfatın məhullarına həmişə tələbat vardır. Təsadüfi deyildir ki, şəhərin bir sıra guşələrində – Tolstoy küçəsində, Binə qəsəbəsində və metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında Nikitin adına kolxozun ərzaq məhsulları mağazaları fəaliyyət göstərir. Burada alıcılara təklif olunan məhsullar təkcə keyfiyyəti ilə deyil, həm də ekoloji tə- mizliyi ilə də seçilir. Bir müddət əvvəl isə kolxozda «İvanovka bağları» süfrə şərablarının da istehsalına başlanılmışdır.
Qeyd edək ki, məhz ivanovkalıların zəhmətsevərliyi sayəsində əv- vəllər Voroşilovun, sonralar isə Kalinin adını daşıyan kolxoz təkcə Azərbay- canda deyil, keçmiş SSRİ məkanında ən qabaqcıl təsərrüfatlardan biri olmuş- dur. Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində kolxozun əldə etdiyi gəlirlər hesabına İvanovka kəndi abadlaşdırılmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Bu işdə 1953-cü ildən 1994-cü ilədək kolxoza rəhbərlik etmiş ivanovkalı təsərrüfat başçısı, bacarıqlı təşkilatçı Nikolay Nikitinin bö- yük xidmətləri olmuşdur. Məhz onun kolxoza sədrlik etdiyi müddət ərzində İvanovkada geniş abadlıq işlərinə başlanılmış, dövlət vəsaitindən istifadə et- mədən burada müasir tipli məktəb, uşaq bağçası, xəstəxana, poçt binası inşa edilmiş, küçələr abadlaşdırılmış, mədəniyyət sarayı, təmir emalatxanaları və müəssisələr istifadəyə verilmiş, park və xiyabanlar salınmışdır.
Bundan başqa, İvanovkada kənd təsərrüfatı məhsulları ilə yanaşı, kərə və günəbaxan yağlarının, yaşayış evləri üçün qapı və pəncərələrin istehsalına başlanılmışdır. Təsərrüfatın ümumi əkin və otlaq sahələri artırılaraq təqribən 18 min hektara çatdırılmış, Kürdəmir və Sabirabad rayonlarında isə xeyli əra- zi qışlaq kolxoz heyvandarlarına ayrılmışdır. Nəticədə gənclərin kənddən axı- nı dayanmış, onlar hərbi xidmətlərini və ali təhsillərini başa vurduqdan sonra həvəslə İvanovkaya qayıtmış, burada iş və təsərrüfatın hesabına mənzillə tə- min olunmuşlar. Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük xidmət- lərinə görə Nikolay Nikitin dəfələrdə deputat seçilmiş, orden və medallara, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. İvanovkalılar daima onun xatirəsini ehtiramla yad edirlər. Bu gün kolxoz Nikolay Nikitinin adını daşıyır, kənddə onun yaşadığı evdə xatirə muzeyi yaradılmışdır.
Bu uğurların əldə olunmasında ivanovkalıların zəhmətsevərliyi ilə yanaşı Ümummilli lider Heydər Əliyevin diqqətinin də böyük payı vardır. İvanovkalılar kəndin inkişafında, əhalinin yaşayış səviyyəsinin yüksəlməsin- də onun daimi qayğı və köməyini bu gün də ehtiramla yad edirlər. İvano- vkalıların əldə etdiyi uğurlar o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev və təsərrüfat başçısı Nikolay Nikitin arasındakı münasibətləri az bir zamanda səmimi dostluğa çevirmişdir. Ümummilli lider dəfələrlə bu kənddə olmuş, əhali ilə görüşmüş, öz dəyərli tövsiyələrini vermiş, onların təşəbbüslə- rini dəstəkləmişdir. Yaşlı nəslin dediklərinə görə, Heydər Əliyev 1982-ci ildə o dövrdə Kalininin adını daşıyan kolxozun iş təcrübəsinin öyrənilməsi və tət- biqi məqsədilə İvanovkada rayon və təsərrüfat başçılarının ümumrespublika müşavirəsini keçirmişdir. O, Nikolay Nikitinin çıxışından sonra üzünü mü- şavirə iştirakçılarına tutaraq demişdir: «Bu insanı görürsünüzmü? Bu necə işləmək, bacarıqla, ağıl ilə yüksək nəticələr əldə etmək üçün nümunədir!» Sonra N.Nikitinə öz iş təcrübəsini Azərbaycanın digər yerli rəhbər kadrlara öyrətməyi, bütün kolxoz və sovxoz başçılarının İvanovkaya gələrək «Nikitin məktəbi»nin qabaqcıl metodlarını öyrənməyi tapşırmışdır.
Bununla belə, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində işğalçı Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, Azərbaycanın öz döv- lət müstəqilliyini bərpa etməsindən sonra ölkədə yaranmış xaos və ümidsizlik hissi ivanovkalılara da təsirsiz ötüşməmişdir. Onlar bu dövrü bu gün də həyə- canla xatırlayırlar. Çaşqınlıq, gələcək talelərinə inamsızlıq üzündən kənd əha- lisinin bir qismi şirin vədlərə aldanaraq vaxtilə babalarına sığınacaq vermiş ikinci vətənlərini – Azərbaycanı tərk etmiş, qonşu dövlətlərə üz tutmuşdur. Lakin yeni məskənlərində normal yaşayış və iş üçün əlverişli şərait olma- dığını görüb aldadıldıqlarını başa düşmüşlər. Yalnız Ümummilli lider Hey- dər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etdikdən son- ra ivanovkalıların təlaş və narahatlığı sakitliklə əvəzləndi. Həmin təlatümlü dövrlərdə Heydər Əliyev üzünü ivanovkalılara tutaraq bu gün kəndin hər bir sakininin qürurla dilə gətirdiyi tarixi sözlərini demişdir: «Narahat olmayın, sizin qarantınız mənəm!» Beləliklə, tədricən köç etmiş ivanovkalıların bir qismi yenidən Azərbaycana qayıtdı, təsərrüfat dirçəldi, kənddə həyat əvvəlki sabit axarına düşdü. Ulu öndərə minnətdarlıq hissi olaraq bu gün İvanovkanın mərkəzi küçəsi Heydər Əliyevin adını daşıyır. Buradakı xiyabanda onun abi- dəsi ucaldılmışdır. Azərbaycan dövlətinin vəsaiti hesabına tikilmiş 780 şagird yerlik kənd məktəbi də böyük şəxsiyyətin adını daşıyır. Təsadüfi deyildir ki, 2014-cü ildə Heydər Əliyev adına İvanovka orta məktəbi Azərbaycanın ən yaxşı ümumtəhsil ocaqlarından biri olmuşdur.
Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizdə yaşayan digər xalqlara olduğu kimi etnik ruslara da daim qayğı və diqqət göstərir. Ölkə başçısı dəfələrlə İvanovka kəndində olmuş, sakinlərin yaşayışı və problemləri ilə maraqlanmışdır. 2005-ci ilin iyul ayının 20-də Prezident İlham Əliyev molokan təriqətinin yaranmasının 200 illiyi ərəfəsində ölkəmizdəki molokan icması nümayəndələrini qəbul edərkən Azərbaycanda yaşayan xalqların milli mədəniyyətlərinin qorunması və inkişafı, onların dini etiqadları üçün bütün imkanların yaradılmasını vur- ğulamış və qeyd etmişdir: «Təxminən iki əsr bundan əvvəl sizin əcdadlarınız Azərbaycana köçürülmüşlər. O vaxtdan, bütün bu illər ərzində biz mehribanlıq şəraitində, bir ailə kimi yaşayırıq. Xüsusən ötən dövrdə hökumətlərin də, ictimai-siyasi quruluşların da dəyişdiyini nəzərə alsaq, bu, çox mühümdür. Çar hökuməti dövründə də, sosializm dövründə də, Azər- baycanın müstəqil dövlət kimi yaşadığı indiki dövrdə də bu baxımdan heç nə dəyişməmişdir. Bizim cəmiyyətimizdə əmin-amanlıq, sıx qarşılıqlı an- laşma mövcuddur, heç bir problem, hansısa ikili münasibət olmamışdır və əminəm ki, bundan sonra da olmayacaqdır. Bu, ölkəmizin ən böyük nailiyyətlərindən biridir». Sonra İlham Əliyev əlavə etmişdir: «Azərbaycanda həm dini, həm də milli baxımdan dözümlülük vardır. Dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı bütün hüquqlardan istifadə edir və gələcəkdə də istifadə edəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev bu siyasəti həmişə, 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi illərdə də və Azərbaycanın Prezidenti olanda da həyata keçirmişdir. Bu siyasət indi də davam edir».
Prezident İlham Əliyev Azərbaycanda milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqların sülh və əmin-amanlıq içərisində yaşadıqlarını, ölkəmizin tərəqqisi üçün birgə çalışdıqlarını, onların milli mədəniyyətinin inkişafına davamlı dövlət dəstəyinin göstərilməsini vurğulayaraq demişdir: «Biz yalnız zəhmət sayəsində, düz- gün siyasət, iqtisadiyyatın düzgün təşkili, siyasi sabitlik, Azərbaycanda yaşayan bütün xalqlar arasında sülh sayəsində MDB-nin üzvü olan dövlət- ləri qabaqlamışıq. Təəssüf ki, bu, heç də hər yerdə belə deyildir. Dünyada elə ölkələr var ki, orada əksinə, milli zəmində, dini zəmində toqquşmalar vardır. Azərbaycanda belə hallar heç vaxt olmamışdır və olmayacaqdır. Buna həm siz, həm Prezident, həm də bütün cəmiyyət təminat verir. Bütün cəmiyyət bu hisslərlə yaşayır ki, Azərbaycanda həmişə sülh, həmrəylik, dostluq, qardaşlıq olsun. Sizin kəndin timsalında bunlar aydın görünür».
Mənbə: M.Paşayeva, A.Qurbanov. Biz azərbaycanlıyıq: qısa etnoqrafik oçerklər. - Bakı, 2018. 232 s.