Talışlar
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların tarix boyu dinc yanaşı yaşamasının nadir nümunəsi olmaqla yanaşı, milli-mədəni müxtəlifliyi baxımından da zəngindir. Antik dövrlərdən etibarən Azərbaycanın etnik rəngarəngliyi, buradakı fərqli dil və mədəniyyətlərin mövcudluğu salnaməçiləri, səyyahları, alimləri özünə cəlb etmişdir. Şərqlə Qərbin, xristian və müsəlman mədəniyyətlərinin qovuşduğu məkan olan Azərbaycan həm də tarixi keçmişdə böyük sivilizasiyaların, xalqların köçünün yolayrıcı olmuş və onların hər biri bu ərazilərdə öz izlərini – ənənələrini, tarixi varislərini qoymuşlar. Burada yaşayan və Azərbay- can mədəniyyətinin inkişafına misilsiz töhfələrini verən qədim xalqlardan biri də talışlardır.
Tədqiqatçılar bir qayda olaraq ta- lışları regionun aborigen xalqı hesab edir. Lakin, təəssüflər olsun ki, onların etnogenezi və tarixi ilə bağlı bir sıra məsələlərə hələ də tam aydınlıq gətiril- məmişdir. Belə ki, XX əsrin sonlarına kimi talış xalqının etnoqrafiya, etno- linqvistika və tarixi aspektlərdən öyrə- nilməsi xaotik aparılmış, bir çox hal- larda isə əldə olunan nəticələr bir-birini inkar edən güman və ehtimallar üzə- rində qurulmuşdu. Yalnız Azərbaycan Respublikası dövlət müstəqilliyini bər- pa etdikdən sonra ölkəmizdə yaşayan digər xalqlarla yanaşı, talışların da tarixinin və unikal mədəniyyətinin, dilinin öyrənilməsi istiqamətində sistemli və davamlı tədqiqatların aparılmasına baş- lanılmışdır.
Azərbaycan Respublikasında bütün xalqlar qardaşlıq və dostluq ailəsində yaşayırlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onlara milli mədəniyyətlərinin, ana dillərinin qorunması, inkişafı, təbliği, sosial-mədəni imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradılmışdır. Hazırda Azərbaycanın Lənkəran, Astara, Masallı rayonlarında talış etnoqrafik kol- lektivləri fəaliyyət göstərir, talış dilində kitab və qəzetlər çap olunur, radio verilişləri yayımlanır. Talışların sıx məskunlaşdıqları ərazilərdə onların ana dili və ədəbiyyatı tədris edilir. Həmin məktəblər üçün əlifba və talış dilinin qrammatikası kitabları nəşr edilmişdir.
Bu xalqın nümayəndələri özlərinə «tolış», cəm halında «tolışon» deyir, Azərbaycan türkləri isə onları «talış» adlandırır. XIX əsr və XX əsrin əvvəllə- rinə aid rus etnoqrafik ədəbiyyatında isə «talışi» (talışlar) etnonimi ilə yanaşı, bəzən «talış» kəlməsini toponim – yer adı qismində göstərərək «talışintsı» (ta- lışlılar) kimi ifadələrə də rast gəlirik.1 Bu gün talışların sıx şəkildə yaşadıqları etnoqrafik zonalar əsasən Azərbaycan Respublikası və İran İslam Respublika- sının həmsərhəd əraziləridir. Belə ki, həmin zonanın Azərbaycana aid hissəsinə Astara, Lənkəran, Lerik və Masallı rayonları, İranda isə Ərdəbil, Xalxal və Gilan vilayətinin bir sıra yaşayış məntəqələri daxildir. Azərbaycan Respublika- sı və İran İslam Respublikasında yaşayan talışlar islam dininə mənsubdurlar. Onların böyük hissəsi məzhəb etibarilə şiə olsalar da, bəzi ərazilərdə, o cüm- lədən Astara bölgəsində və İranın şimal hissəsində bir sıra kəndlərin sakinləri sünnidir. Lənkəranda yaşayan talışlar arasında da hər iki məzhəbin nümayən- dələri vardır.2 Bundan başqa, xarici ölkələrdə məskunlaşmış Azərbaycan di- asporunun tərkibində də xeyli sayda talış vardır.
XX əsrin əvvəllərində Azərbaycanın cənub bölgələrində etnoqrafik araşdırmalar aparmış rusiyalı alim Nikolay Zeydlits «Bakı quberniyasının tarixi təsviri və etnoqrafik oçerki» əsərində talışların xarici görkəmini və xarakterik xü- susiyyyətlərini təsvir edərək yazırdı: «Talışlılar (talışlar) orta boylu və yaxşı bədən quruluşuna malikdirlər. Sifət cizgiləri tatar (Azərbaycan türkü) və farslardan fərqlənir, rəngləri qarabuğdayıdır. Xasiyyətcə sakitdirlər, da- laşqan deyillər. Lakin onların arasından hətta bir neçə pələngə qalib gələn qoçaq ovçular çıxır. Qadınları olduqca gözəldirlər».
Talışlar tarixi Azərbaycan ərazilərində yaşayan qədim xalqlardan biridir. Onların dili Hind-Avropa dilləri ailəsinin İran qrupunun şimal-qərb yarımqru- puna aid edilir və fars, tat, kürd, tacik, osetin, puştu, dari, bəluc dillərinə yaxın- dır. Azərbaycanda talış dilinin dörd şivəsi (Astara, Lənkəran, Lerik və Masallı) mövcuddur. Regionda talışların və türklərin çoxəsrlik qonşuluğu, iqtisadi əlaqələri və təbii mədəniyyət mübadiləsi bu xalqların tarixən yaxınlaşmasına, ortaq dəyərlərin formalaşmasına, eyni zamanda dillərin qarşılıqlı inteqrasiya- sına da səbəb olmuşdur. Təsadüfi deyildir ki, hələ XIX əsrdə Azərbaycan dili həmin regionda əsas ünsiyyət vasitəsinə çevrilmişdir. Bir sıra araşdırmaçılar XIX əsrin əvvəllərindən etibarən talışların öz ana dilləri ilə yanaşı Azərbaycan dilində də sərbəst danışdıqlarını bildirirlər.
İran alimi Dirəxşan Hidayəti Fərd «Talışların etnik tarixinin öyrənilməsinin bəzi aspektləri» adlı məqaləsində talışların Azərbaycan etnomədəni məkanına inteqrasiyasına toxunaraq yazır: «Talışlar müasir məişət və mədəniyyətləri ilə Azərbaycan türklərindən az fərqlənir. Qədim tarixə malik olan və küt- ləvi xarakter alan talış-Azərbaycan ikidilliliyi bu zonada geniş yayılmış- dır. Hələ XIX əsr müəllifləri qeyd edirdilər ki, talışlar azərbaycanlılarla (Azərbaycan türkləri) ünsiyyət quraraq onların dillərini mənimsəyirdilər, çünki Azərbaycan türkcəsi ətraf əhali üçün dünya ilə əlaqə vasitəsi idi. Qeyd edilməlidir ki, İran Talışında da Azərbaycan türkcəsi geniş yayılmış- dır. Xüsusilə belə bir hal Tavaleş əhalisi üçün səciyyəvidir. Lakin belə bir vəziyyət talış dilinin funksional əhəmiyyətinin azalmasını təsdiq etmir. Bu dildən Lənkəran-Astara bölgəsinin əhalisi həm məişətdə, həm də ictimai həyatda geniş istifadə edir».
Lakin bununla belə, talışların və onların dilinin tarixi və mənşəyi haqqında müzakirələr, bir çox hallarda isə əhəmiyyətsiz mübahisələr bu gün də davam etməkdədir. Məsələn, tanınmış linqvist, professor Boris Millerin qənaətinə görə, talış dili vaxtilə Midiya dövlətinin ərazisində yayılan dillərdən biri olmuş və onun etnogenezinin formalaşmasında qafqazdilli xalqlar da iştirak etmişlər. Alimin ehtimalına əsasən, talış dili Qafqaz substratında – dillərin inteqrasiyası prosesi içərisində inkişaf etməsinə baxmayaraq, yeni tarixi mərhələdə yalnız türk dilinin təsirinə məruz qalmışdır. Maraqlıdır ki, bu vəziyyət İranda talışla- rın sıx yaşadıqları ərazilərdə də müşahidə olunmaqdadır.
Qeyd etmək lazımdır ki, talış xalqının yaşadığı areal – Azərbaycan Respublikasının cənub, İran İslam Respublikasının isə şimal hissələri qədim dövrlərdə Midiya dövlətinin, sonralar isə Atropatenanın əraziləri olmuşdur. Eramızdan əvvəl I minilliyin ikinci yarısına aid yunan mənbələrində bildiril- diyi kimi, Xəzər dənizinin cənub-qərb sahillərində kasp, kadusi, qel, telumay və tallar yaşamışlar. Lakin qədim mənbələrdə bu tayfalar haqqında məlumat kifayət qədər səthidir. Məsələn, Heredot kaspi döyüşçülərinin geyiminin keçi dərisindən olduğunu, qamış oxlar və qılıncla silahlandığını qeyd edir. Eramı- zın II əsrində yaşamış salnaməçi Elian isə yazır ki, kasplar dənizdən uzunbu- run balıqlar tutur, onları duzlayıb-qurudur və dəvələrə yükləyərək Ekbatana (Midiyanın ən böyük şəhəri) aparırdılar.
XIX əsrdə yaşamış rusiyalı alim V.Lekqobitov qohum dillər amilini əsas götürərək, guya talışların farsların etnik qollarından biri olduğunu iddia et- mişdir. Bu fərziyyə uzun müddət elmi dövriyyədə qalmış, hətta bir sıra müasir tədqiqatçılar da farsları talışların ulu əcdadı hesab etmişlər.8 XIX əsrin sonu
XX əsrin əvvəllərində işıq üzü görən Brokqauza və Efronun ensiklopedik lüğətində (Rusiya) isə talışlar «fars dilinə yaxın xüsusi dildə danışan irandilli xalq» adlandırılırdı. 1886cı ildə nəşr olunmuş «Rusiya imperiyasındakı xalq ların əlifba siyahısı» toplusundakı məlumata əsasən, talışlar Bakı quberniya sının Lənkəran qəzasının cənub hissəsində yaşayan «İran tayfası» kimi təqdim olunmuşdur.9 Halbuki talış dili HindAvropa dilləri ailəsinin Hind-İran dilləri qolu- nun İran dilləri qrupuna aid olsa da, qrammatik qaydaları və leksik bazası ilə fars dilindən fərqli və daha qədimdir. Təsadüfi deyildir ki, digər şərqşünaslar, o cümlədən İvan Şopen yuxarıdakı qənaətlə qətiyyən razılaşmamış, talışları və farsları «aralarında dil yaxınlığı olan fərqli xalqlar» kimi dəyərləndirmiş- dir. Nikolay Marr, Vasili Abayev (Vaso Abaytı) və İqrar Əliyevin nəzərində isə talışlar irandilli Qafqaz xalqlarından biridirlər. Məsələn, etnik osetin olan Vasili Abayev fikirlərini əsaslandırmaq üçün Qafqaz xalqlarına, xüsusilə ose- tinlərə xas olan bəzi sözlərə talış dilində də rast gəlinməsini misal çəkir.
Rus folklorçusu, etnoqraf və arxeoloqu Bsevolod Miller tamamilə fərqli yol seçərək, talışların bəzi etnik qruplarının mənşəyini nədənsə onların məz- həb mənsubiyyəti ilə əlaqələndirməyə çalışmışdır. Nəticədə o, Azərbaycanın Astara və Lənkəran bölgəsində, həmçinin İranın şimal ərazilərində yaşayan, sünni məzhəbinə tapınan talışların «ana dillərini unutmuş türklər» olmaları barədə mülahizə irəli sürsə də, onun bu qənaəti elmi təsdiqini tapmamışdır. V. Millerin fikrincə, həmin «türk qrupu» vaxtilə Mərkəzi Asiyadan indiki İranın şimal ərazilərinə miqrasiya etdikdən sonra farsların güclü assimilyasiyasına məruz qalmış, buna baxmayaraq məzhəblərini və türk dilinə xas olan bəzi fonetik xüsusiyyətləri qoruyub-saxlaya bilmişlər.
Başqa bir mövqenin tərəfdarları olan Qiyasəddin Qeybullayev, Məsud Məmmədov, Abdulla Fazili, Seyidağa Onullahi, İran tədqiqatçılarından Məhəmməd Həsənxan, Əhməd Kəsrəvi, Əli Əbdoli isə talışların ulu əcdadla- rının qədim kadusi tayfasının olması qənaətindədirlər. Məsələn, Q.Qeybulla- yev «Azərbaycan türklərinin təşəkkülü tarixindən» kitabında yazır: «Atropa- tenada irandilli etnoslar da yaşayırdılar. Onların ən böyüyü talışların ulu əcdadları olan kadusilər idi».11 Professor Əbülfəz Rəcəbov talışların əcdad- ları sayılan kadusilərin sırasına qədim gel və hirkan tayfalarını da əlavə edir. Talışların etnogenezinin öyrənilməsi baxımından XIX əsrdə yaşamış fran- sız arxeoloqu Jak dö Morqanın mülahizələri də maraq doğurur. O, talışları yu- nan və hindlilərlə birlikdə arilərin bir qolu saymış, köçəri həyat sürən talışları qədim dövrlərdə türklərlə qaynayıb-qarışmış və Turan elementinə xas həyat tərzini mənimsəmiş tayfalar hesab etmişdir.
Tədqiqatçıların mülahizələrinə görə, «talış» kəlməsi orta əsrlərdə «əl-Tay- lasan» şəklində əvvəlcə toponim, sonralar isə həm də etnonim kimi işlədil- mişdir. Bu ifadəyə orta əsr ərəb mənbələrində – əl-Təbərinin, Yakut ibn Ab- dullahın və başqalarının əsərlərində rast gəlirik. Məsələn, əl-Təbəri yazırdı: «Azərbaycanın ətrafındakı dağlarda ərəblərə tabe olmayan gel və əl-taylasan kimi xalqlar yaşayır».14 Məşhur ərəb səyyahı Əbu-Qasim Übeydullah ibn Abdullah ibn Xodadbeh 846-cı ildə yazdığı «Kitab əl-masalik və-əl-məmə- lik» («Yollar və məmləkətlər haqqında kitab») əsərində ət-Taylasan torpağını xatırladır. Əbu Həmid əl-Əndəlusi əl-Qərnati də 1162-ci ildə bitirdiyi «Tuhfət əl-əlbab və nuxbat əl-əcab» («Ağıllara töhfə və möcüzələrin seçilməsi») əsərində talışların adını qeyd edir.
«Talış» kəlməsi ilk dəfə olaraq toponim kimi Həmdullah Qəzvininin (1280-1349), «Nüzhətülqülub» əsərində işlədilmişdir. Elxanilər dövləti zama- nında dövrünün məşhur şairi, tarixçisi və çoğrafiyaçısı olmuş Qəzvini uzun müddət Zəncan, Əhər, Qəzvin və Taremeyn vilayətlərinin maliyyə işlərinə rəhbərlik etmiş, bu ərazilərin yaşayış məntəqələrinə və etnik müxtəlifliyinə yaxşı bələd olmuşdu. O yazırdı: «Sul- taniyyə-Ərdəbil yolu... Xalxala kimi altı fərsəngdir. Sonra Talış kəndinə kimi altı fərsəng və daha sonra Ər- dəbil şəhərinə altı fərsəngdir».16 Səfə- vi hökmdarı I Təhmasibin sarayında maliyyə məmuru olmuş Zeynalabdin Əli Əbdi bəy (1515-1580) isə «Təkmi- latül-əxbar» əsərində bunları bildirir: «(Şah İsmayıl)... 900-cü ilin məhər- rəm ayının ortasında (1499-cu ilin avqustıın sonunda) göyün xeyir-du- ası və səadəti ilə Deyləm mahalının «Səməni» adlanan düşərgəsində əqidə bayrağını qaldırdı və Ərdəbil mahalının Gilan ilə Talış arasında yerləşən Astara yaxınlığındakı Ərcu- van ölkəsində qışlağa dayandı. Ərcu- vandan Ərdəbilə keçib, öz əlahəzrət ata və babasının müqəddəs, nəcabətli qəbirlərini ziyarət etmək səadətində bulunaraq, onların ulu ruhundan kömək dilədi və Aran Qarabağına yola düşdü».17 V. Bartold isə yazırdı: «Gilandan şimalda, bir hissəsi İrana, digər hissəsi isə Lənkəran qəzasına düşən hissədə gilanlılara qonşu olan talışlar yaşayırlar».18 Digər rus tədqiqatçısı O.Vilçevski talışları «Xəzərin cənub sahillərində yaşayan və iranlılaşan aborigen xalq» adlandırırdı.
«Talış» etnoniminin semantikasına gəldikdə isə bu barədə də fərqli qənaət- lər mövcuddur. Hətta «talış» sözünün nəinki mənşəyi və yozumu, hətta onun ilk dəfə toponim və ya etnonim kimi yaranması, bəlkə də, qədim antroponim (insan adı) əsasında formalaşması haqqında da alimlər hələ də ortaq qənaətə gələ bilməmişlər. İrəli sürülən mülahizələr isə ziddiyyətlidir. Belə ki, İran ali- mi Əhməd Kəsrəvi bildirir ki, regionda yaşayan qədim xalqlardan bəhs edən antik mənbələrdə «talış» etnonimi haqqında məlumat yoxdur və həmin ifa- dəyə ilk dəfə orta əsr ərəb müəlliflərinin əsərlərində rast gəlinir. Onun fikrincə, «talış» sözü qədim «kaduh» (yəni kadusilər) etnoniminin yunan və ərəb dillərində təhrif olunmuş bir variantıdır.
Akademik Əlövsət Sumbatzadə isə bu qənaəti rədd edir. O, bildirir ki, qə- dim mənbələrdə kadussi tayfası heç vaxt «kaduş» adlandırılmamışdır.21 Pro- fessor Boris Miller «talış» sözünün bu ərazilərdə yaşamış qədim tayfalardan birinin adı olması qənaətindədir.22 Bəzi mülahizələrə görə, etnonim talış dilin- də olan «tülüş» (bataqlıqda yaşayanlar) və ya «tol» (düzənlikdə yaşayanlar), ərəb dilində «saf», «təmiz», «əxlaqlı» anlamını verən «talis» sözündən, qədim fars dilindəki «tayalis» (başlıqla gəzənlər), yunan «thalaşa» (dəniz) kəlmələ- rindən yaranmışdır. Ərəblər isə talışlara «teyləsan sahibləri» demişlər. «Tey- ləsan» fars mənşəli «tayalis» sözünün ərəb dilinə uyğunlaşdırılmış forması- dır. Bir çox mütəxəssis fonetik yaxınlığa əsasən etnonimin bataqlıqla (tülüş) bağlanmasını məntiqsiz hesab edirlər.
Bu gün «talış» toponiminə təkcə Azərbaycanın cənub bölgələrində deyil, bu xalqın tarixən məskunlaşmadığı ərazilərdə, o cümlədən Ağdərə, Hacıqabul, Tərtər, İsmayıllı, Ağsu, Şəmkir, Quba, Xocavənd və Goranboy rayonlarında, indiki Ermənistan ərazisində də rast gəlirik. Vaxtilə Qarabağ xanlığına daxil olan məlikliklərdən biri «Talış» adlanırdı. Məsələn, Abbasqulu ağa Bakıxano- vun «Gülustani-İrəm» əsərində də «Qarabağ talışları» ifadəsinə rast gəlirik. Müəllif Səfəvi hökmdarı Şah Tahmasibin qoşunlarının Salyan yaxınlığında Şirvan əmirlərini məğlub etməsini təsvir edərək yazırdı: «O (Şah Təhmasib), hicri tarixi ilə 945-ci (1538-ci) ildə qardaşı Əlqas Mirzəni Məntəşa Sultan, bir dəstə Qacar əmirləri və Qarabağ talışlarından mürəkkəb (ibarət) 20.000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə Şirvanı almağa göndərdi».
Yeri gəlmişkən, «Talış» adına türk xalqlarının antoponimləri içərisində də rast gəlinir. Bu isə tamamilə fərqli fərziyyələrin, məsələn, «talış» etnoniminin Çingiz xanın sərkərdəsi olan Talışın adı, Qırğızıstandakı qədim «Talas» vilayə- tinin toponimi ilə bağlanması kimi fikirlərin ortaya çıxmasına səbəb olmuşdur. Tədqiqatçılar talışları məişətlərinə və yaşam tərzlərinə görə bir neçə əsas etnoqrafik qrupa – pornaimlərə, oratlılara, zuvandlılara və alarlara ayırırlar. XIX-XX əsrlər Rusiya iranşünaslığının ənənələri əsasında formalaşan və bu gün də elmi dövriyyədə qalan həmin bölgünün qüsurlu сəhətlərindən biri alar- ların talış kimi təqdim olunmasıdır. Məsələn, Bakı quberniyasının əhalinin məskunlaşmasına dair 1859-1864-cü illərə aid hesabatlarında, XIX əsrin 80- ci illərində Rusiya Dövlət Komissiyasının üzvü olmuş D.Kistenyevin məlu- matlarında alarlar etnik talış, Bakı quberniyasının Lənkəran qəzası üzrə ailə siyahılarında (1886-cı il) isə onların bir hissəsi «tatar» (türk), digər hissəsi isə «talış» kimi göstərilmişdi. Bu materiallara əsasən, talışlar meşə zonasında, zuvandlılar Zuvand dağlarının cənub-qərbində, pornaimlər Viləş və Şaqratük çaylarının arasında məskunlaşmışdılar. Orandlılar və alarlar isə yarımköçəri həyat tərzi sürmüş, yaz-yay aylarında yaylaqlarda, qışda isə fərqli ərazilərdə orandlılar meşələrdə, alarlar isə indiki Cəlilabad rayonundakı Qarayar çayı sahillərindəki qışlaqlarda yaşamışlar.
D.Kistenyevin fikirlərində yanlışlıq alarları talış kim təqdim etməsidir. Bəzi alimlər, o cümlədən iranlı tarixçi, Məşrutə hərakatının fəal üzvlərindən olan Mirzə İsmayıl Əmirxizi öz tədqiqatlarında vurğulayır ki, «arallu», «alari» və ya «alarlı» kimi tanınan türk tayfası şаhsevənlər tayfa birləşməsinə aiddir.28 Bundan başqa, «alarlar əslində qonşu olduqları oratlıların dilini bilən türklər- dir»29 kimi qənaətlər də vardır. Azərbaycan alimlərindən Teymur Bünyadov və Kərim Şükürov da alarların «talış» kimi tanıdılmasının XIX əsr Rusiya qafqazşünaslığının bu günə kimi davam edən kobud səhvi olduğunu bildirirlər. Bu gün alarlar Azərbaycan Respublikasının və İran İslam Respublikasının Muğan hissəsində, Araz boyunda yaşayırlar.
Rəvayətə görə, onlar Şimali Azərbaycan ərazisinə XVIII əsrdə İranın Kirmanşah şəhəri yaxınlığındakı Şahi kəndindən köçmüşlər. Bundan başqa, qədim türk tayfası olan alarların Çinin Aksu və Ta- rım çayları arasında, Monqolustanda Kobdo çayı sahillərində, Rusiya Federasiyasının İrkutsk vilayə- tində və Altay diyarında, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıs- tanda, Əfqanıstan, Türkiyə və Suriyada da yaşaması barədə məlumatlar vardır.31 Yuxarıda adları çəkilən- lərdən savayı, talış xalqı di- gər etnoqrafik qruplardan – çərojon (çərojlar), qolışon (qalışlar), kırdon, derejon (derejlər) və s. ibarətdir.
Çərojonlar əsasən Astara rayonunun Sərək kəndində yaşayırlar. Tədqiqatçı İshaq Axundzadə onların bu ərazilərə 250 il əvvəl İranın Gilan əyalətindəki Talış-Dolab bölgəsindən köç etdiyini bildirir. Talış dilinin xüsusi ləhcəsində danışan derejonların isə vaxtilə Lənkəran rayonu ərazisinə İranın Lisar bölgəsindən gəldiyi iddia olu- nur. Maldarlıqla məşğul olan, yarımköçəri həyat tərzi sürən talışlar da iki yerə ayrılır. Məsələn, iribuynuzlu mal-qara saxlayanlara «qolış» və ya «qalış» (İranda – qaleşəti, qaleş), qoyunçuluqla məşğul olanlara isə «kirdi» deyirlər. Azərbaycanın cənub bölgəsindəki Tüli, Coni, Hamarat, Siov, Bradi, Veri, Çayrud, Anzoli, Rvarud, Bırsılım, Biləsər, Daştatük, Razano, Rvo, Miyan- ku kəndlərində yaşayan qolışlar buraya İran ərazisindən köç etmiş qaleşlərin törəmələridir. Onların etnik baxımdan fərqli irandilli tayfa olmasına dair qə- naətlər də vardır.
Eyni zamanda, bəzi mülahizələrə görə, qaleşlər skif tayfalarından olan gellərin bir hissəsi olmuş və sarmat tayfa birləşməsindən çıxan oran tay- fası ilə birlikdə eramızdan əvvəl I əsrın ikinci yarısında Şimali Qafqazdan Gilana miqrasiya etmişlər.34 Qafqaz dillərinə aid bir sıra sözlərin talış dilin- də də işlədilməsi bu ehtimalı nisbətən təsdiq edir. Məhz bu qənaət əsasında akademik N.Marr talışların «qafqazdilli xalq» olması fərziyyəsini irəli sür- müşdür. Bundan başqa, bu gün İran İslam Respublikasında, Xəzər dənizi- nin cənub-qərb hissəsində yaşayan qozarxanlı, iştehradi, alviri, vidari, xuruş rüstəmi, razacerdi, rudbari, şahrudi, tarmi, takestani, kerinqani və kajali kimi etnik qrupların dili talış və tat dillərinə yaxın olduğu üçün onların etnik mən- şəyi hələ də mübahisəli olaraq qalır. Belə ki, bəzi tədqiqatçılar onları talış, digərləri isə tat kimi təqdim edirlər.
Azərbaycanın cənub bölgələrində yaşayan talışlar tarixən çəltikçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olmuşlar. Bununla belə, onların əsas məşğuliyyətləri sırasında sənətkarlıq da mühüm yer tutur. Belə ki, sarı gillə zəngin olan Lənkəranda, Astarada və Masallıda dulusçuluq sənəti geniş yayılsa da, Lerik dağlarında əsasən dəmirçilik inkişaf etmişdir. Bundan başqa, talışla- rın etnik məşğuliyyəti içərisində xalçaçılıq da geniş yayılmışdır.
Qeyd etmək lazımdır ki, Tolişi xolçə kimi talış xalça sənətində tanınan stilizə olunmuş «çəltik» (sünbül) təsvirləri aparıcı ornamentlərdən biri hesab edilir. Talış xalçalarının çəltik adlanan və əsasən cehizlik kimi toxunan tipin- də qədim sakral işarələrlə yanaşı, bu ornamentdən də geniş istifadə olunur. Öz cehizlik xalçalarını toxuyan talış qızları bəzən nişanlılarının adlarını bu xalçalara həkk edirlər. Mürəkkəb naxışlar altıbucaqlı medalyonlar yaratmaqla bir-biri ilə nazik «boğazlarla» birləşdirilir. Bundan başqa, talış xalçaçılığında paxlava naxış, buriya, həsiri, teymuri, gülli həsir, vərniyə və s. xalça tip- ləri də vardır. Musaküçə, Osaküçə, Veravul və Boladi kəndlərində isə həsir- çiliklə məşğul olurlar. Burada həsirin iki növü toxunur. Yumşaq həsir bölgədə «qara pizə» adlanan bitkidən hörülür. İsti yay aylarında eyvanda və ya həyətdə salınan belə həsirlərin eni 1,5-2 metrə, uzunluğu 3-5 metrə çatır. «Ağ pizə» adlanan bitkidən sıx toxunan həsirlərdən isə qış mövsümündə evlərdə istifadə olunur, əsasən xalça və palazların altına sərilir. Bundan başqa, Lənkəranın Ve- ravul və Vilvan, Masallı rayonunun Tülloba, Qəznoba, Mollaoba və Boradigah kəndləri keyfiyyətli zənbilləri ilə məşhurdur.
Bütün bunlarla yanaşı, talışların sıx yaşadıqları ərazilərin əlverişli subtro- pik iqlim şəraiti çəltikçiliyin inkişafı üçün geniş imkanlar açmışdır. Bu yer- lərdə aparılmış arxeoloji qazıntıların nəticələri də qədim dövrlərdə əhalinin çəltikçiliklə məşğul olmasını təsdiqləyir. XIV əsrə aid mənbələrə görə, burada çəltik tarlaları o qədər çox olub ki, hətta onların hər birinə ayrı-ayrı adlar da vermişlər. Lənkəran və Astaranın ətirli «haşimi», «sədri», «dastəsə», «şaban» və «həsəni» kimi qədim yerli düyü sortlarına həm Azərbaycanda, həm də onun sərhədlərindən kənarda tələbat artmaqdadır. Hazırda uzun fasilədən sonra böl- gədə çəltikçiliyin bərpası və inkişafına başlanılmışdır. Lənkəran və Astara böl- gələri təkcə düyüləri ilə deyil, subtropik meyvələri, çayı ilə də məşhurdur.
Talışların Azərbaycan cəmiyyətinə sıx inteqrasiyasına baxmayaraq, onlar etnik mədəniyyətlərinə xas spesifik xüsusiyyətləri və zənginliyi bu günədək qayğı ilə qoruyub-saxlamışlar. XIX əsrin sonlarınadək burada yolaxizon (bö- yük ailə) icma tipi hələ də qalmışdı. Yolaxizon öz növbəsində tobiyə adlanan və qohumlardan ibarət ailə qruplarına bölünürdü. Əvvəllər talış tobiyələrinin hər birinin öz otlaq sahəsi, məscidi, piri və qəbiristanlığı olardı. Azərbaycanın digər xalqlarında olduğu kimi talış ailələrində də böyüklərə ehtiram, ağsaqqal və ağbirçək kultunun kökləri qədimdir. Övladlar ev-eşik sahibi olsalar da, ailə- nin təsərrüfat və məişət işlərinə yola dədə (baba) və yola nənə (nənə) rəhbərlik edir. Ailədə son söz də onlara məxsusdur. Yola dədə körpələrə ad qoyur, gənc- lər onun xeyr-duası ilə ailə qururlar.
Azərbaycan türklərinin və talışların toy mərasimləri arasında da oxşar elementlər çoxdur, bəziləri isə bir-birindən kiçik etnoqrafiq elementlər və ad müxtəlifliyi ilə fərqlənir. Bütün Azərbaycanda olduğu kimi Lənkəran bölgə- sində də vəyə adlanan ailə qurmaq mərasimi bir neçə mərhələdən ibarət idi. Ənənəvi olaraq, toy şənlikləri mahnı və rəqslərin müşayiət etdiyi xınayaxtı və «olatebrin» adlanan «paltarkəsdi» mərasimləri ilə başlanır. Burada qız tərəfin- dən qadın və qızlarla yanaşı, bəy evinin də nümayəndəsi – «dayna» adlanan acbirçək qadın iştirak edər, qonaqlara şirniyyat, şərbət paylayardı.37 Əvvələr talışlar arasında da qız və oğlan toylarını ayrı keçirmək adəti olsa da, indi tədricən unudulmaq üzrədir. Bununla belə, qız ata evini tərk edəndə oğlanın ya əmisi, ya da qardaşı onun belinə kəmər bağlayar və bu sözləri deyərdi: «Anam, bacım qız gəlini, əl ayağı düz gəlini, yeddi oğul istərəm, bircə dənə qız gəlini». Oğlan evində gəlinin ayağı altında qurban kəsilər, başına bolluq və şirin həyat rəmzi olan düyü və şirniyyat səpərdilər.
Bayram günlərində oğlan tərəfi qız evi üçün xonça tutub bayram payı gön- dərərdi. Üzəri qırmızı kəlağayı ilə örtülən bəzəkli xonçaya şirniyyat və mey- vələrdən savayı, rəmzi anlam verən düyü, bir cüt bişmiş quş və ağzına hil və ya üzük sancılan balıq qoyardılar. Bəy oğlanın gəlin üçün hazırladığı xüsus xonçada isə şirniyyat və hədiyyələrdən başqa müxtəlif adda 40 ədəd çörək və qoğal qoyarlar. Məsələn, ziren çörək (yumurta sarısı, yağ, düyü unundan ha- zırlanan və içliyi ləvəngi olan uzunsov kətə), bişi (yağda qızardılmış qoğal), çəngüru (düyü unundan bişirilmiş qoğal), qəndi külçə, şorçörək, məcüm hal- vası, Lənkəran külçəsi (üstü naxışlı, girdə çörək növü) və s.
Cənub bölgəsinin toy və el şənliklərində talışların qədim «Yar bə buğ bume» (Yar bağa gəldi), «Yur ya ləli» (Tez yüyür gəl), «Tı çuki pəvəndi» (Sən kimin yarısan), «Kinəlim» (Ay qız), «Bə vayə bumem, hazuvə» (Toyuna gəlləm, ay oğlan), Azərbaycan dilində səslənən «Uçar, köçər yar-yar», «Gəlin gəldi», «Ay gülü xaşxaşlı gəlin» və s. digər toy və mərasim mahnıları, «halay» və «bicar» kimi kollektiv nəğmələr bu gün də Azərbaycan musiqi sənətinin incilərindən sayılmaqdadır. Toylarda tar, kamança, zurna, balaban, dəf, nağara kimi musiqi alətləri ilə yanaşı, dövrümüzə gəlib çatan, içərisi oyulmuş ağac parçalarından hazırlanan laqquti zərb alətinə də rast gəlinir.
Talış xalqının milli mətbəx nümunələri adla tanınır. Bir sıra xörək və şirniy- yat nümunələri, məsələn, ləvəngi, sırdal, lərci plov isə etnik çərçivəni çoxdan aşaraq, ümumazərbaycan kulinariyasına daxil olmuşdur. Eyni zamanda, Azər- baycanın müxtəlif bölgələrinə aid xörək nümunələrinə bu gün talış etnik kuli- nariyasında da rast gəlmək olar. Talış kulinariyasının başlıca özəlliyi xörəklərin çeşidində süd məhsullarına, tərəvəz və göyərtiyə, quş və balıq ətlərinə üstünlük verilməsidir. Düyü talışların ənənəvi və gündəlik qida növü olduğu üçün əsr- lərlə burada çörəyi əvəz etmişdir. Odur ki, Azərbaycanın cənub bölgələrində plovun ət, quş, meyvə, göyərti və tərəvəzdən hazırlanan onlarca variantı – daş- ma plov, süzmə plov, yəxni plo (ətli plov), sio plo (qara plov), kia plo (balqa- baqlı plov), fisincan plov, kişmiş plov, lərgə plov, şüyüt plov, südlü plov, kije plo (cücə plov), balıq plov, döşəmə plov, ləvəngi plov, paxla plov, çölmək plov, kəlləpaça plov və s. vardır. Dietik qidalardan ayran aşı burada popul- yardır. Ət, balıq və quş xörəkləri əsasən bozbaş, küftə, kabab, lülə-kabab, moy ləvəngi (balıq ləvəngisi), kare ləvəngi (toyuq ləvəngisi), girdəbic balıq, balıq sırdağı, badımcan ləvəngisi, qozlu kükü, balıqlı kükü, murkutuş, mütəlcəm, çölmək kababı, mərci bozbaş və s. həm talışların, həm də Azərbaycanın digər xalqlarının süfrə bəzəyidir.
Ümumazərbaycan mədəni irsinin qədim nümunələrindən olan «Halay» rəqs mahnıları ənənəsi təkcə talışların sıx yaşadıqları Lənkəran, Astara və Masallı rayonlarında deyil, Aran bölgələrində, Naxçıvanda, hətta Azərbaycanın sər- hədlərindən kənarda – İran və Türkiyədə də yayılmışdır. Lakin talışların ifa etdikləri halay nəğmələrində bu xalqa məxsus qədim adət-ənənələrin, təsəvvürlərin izləri aydın görünməkdədir. Əgər halay mahnılarında məhəbbət möv- zusu üstünlük təşkil edirsə, bicar nəğmələri əməyə, tarlada, bostanda birgə çəkilən zəhmətə və onun bəhrəsinə, ruzi-bərəkətə həsr olunmuşdur. Folklor- şünas alim, professor Mürsəl Həkimov «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» adlı məqalələr toplusunda aşıq sənətinin halay rəqs mahnılarına təsirini xüsusi vurğulamışdır. Bundan başqa, Azərbaycan folklor musiqisinin mahir bilicisi, bəstəkar Bayram Hüseynlinin Azərbaycanın Lənkəran və Asta- ra bölgələrindən topladığı halay mahnıları 1966-cı ildə ilk dəfə toplu şəklində çap olunmuş və buraya on beş nadir musiqi nümunəsi daxil edilmişdir.
Talış xalqının etnik mədəniyyət nümunələrinin, eləcə də halay və bicar nəğmələrinin təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da təb- liğində çoxsaylı yerli musiqi və folklor kollektivlərinin böyük rolu vardır. Bölgənin talış və Azərbaycan türklərinə məxsus qədim xalq mahnılarının qo- ruyucuları olan və bu misilsiz xəzinəni nəsildən-nəslə ötürən belə musiqi kollektivlərindən biri hələ 1970-ci ildə Lənkəranın Separadi kəndində yaradılmış «Nənələr» floklor qrupudur. Kəndin yaşlı sakinlərindən – mahir folklor bili- cilərindən ibarət kollektivin repertuarında 100-dən çox qədim nəğmə, o cüm- lədən «Ay lolo», «Gəl, gözəlim, naz eləmə», «Mirvari gəlin», «Almanı alma, gəlin», «Yar bağa gəldi», «Bulaq başında», «Kinəlim-kinəlim», «Maralı göndər bizə», «Verin bizim gəlini», «Əllərə xına çəkərlər» kimi mahnılar vardır. «Nənələr» folklor qrupu dəfələrlə yerli və beynəlxalq festivalların, incəsənət tədbirlərinin qonağı olmuş, haqqında filmlər çəkilmişdir. Belə folklor qrupları sırasında 1957-ci ildə yaradılmış Masallı rayonunun Mahmudavar kənd mədə- niyyət evinin gənc qızlardan ibarət «Halay» kollektivinin də əhəmiyyətli yeri vardır. «Halay» folklor kollektivi dünyanın bir sıra ölkələrində təşkil olunan beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətini uğurla təbliğ etmişdir.
Mənbə: www.multikulturalizm.gov.az