“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.08.2011, 16:57
702

Kürdlər

A- A+

Ötən əsrin 70-ci illərində Azərbaycanın Laçın bölgəsində ekspedisiyada olmuş qocaman etnoqraflardan biri yerli sakinlərlə ibrətamiz söhbətini belə xatırlayır: «Bölgədə Azərbaycan türklərinin və kürdlərin birgə yaşadıqları kənd- lərdən birində oldum, burada ağsaqqallarla, ağbirçəklərlə xeyli söhbətlər etdim. Qədim rəvayətləri, dastanları, bayatıları, adət-ənənələri barədə dediklərini maqnitafon lentinə köçürdüm. Sonra qeydiyyat üçün bir-bir müsahiblərin milli mənşəyini soruşmaq istədim. Ağsaqqallardan biri bu sualımdan sonra gülüm- səyib dağ adamlarına xas yumorla mənə belə cavab verdi: «Sən nahaq yerə bu- rada türk-kürd axtarırsan. Biz də axtarmırıq. Bir-birimizə qaynayıb-qarışmışıq. Kənddə nə türk, nə də ki kürd taparsan. Burada ancaq türkləşmiş kürdləri və bir də kürdləşmiş türkləri görə bilərsən». 

Əslində, ağsaqqalın bu sözlərində böyük həqiqət vardı. Ölkəmizdə yaşayan digər xalqlar kimi kürdlər də bu ölkənin etnomədəni məkanına üzvi şəkildə daxil olmuş, Azərbaycan xalqının ayrılmaz parçasına, ortaq Azərbaycan mədə- niyyətini qoruyub-yaşadanlardan və daşıyıcılarından birinə çevrilmişlər. Onlar dünən də, bu gün də Azərbaycanın ictimai-siyasi, elmi-mədəni və iqtisadi hə- yatında fəal iştirak edir, dövlətimizin möhkəmlənməsinə və inkişafına layiqli töhfələrini verirlər.

Kürdlər əsasən Azərbaycanın dağlıq qərb rayonlarında – Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan bölgələrində məskunlaşmışdılar. Bu gün isə həmin əra- zilər Ermənistan Respublikasının işğalı altındadır. İstər «Ermənistan Respubli- kası» adlandırılan tarixi Azərbaycan ərazilərində, istərsə də Qarabağda kürdlər öz qardaşları – Azərbaycan türkləri ilə eyni taleyi yaşamış, mərhumiyyətlər, itkilər görmüşlər. Hələ XX əsrin əvvəllərində «Böyük Ermənistan» xülyası ilə yaşayan erməni millətçiləri regionda türklər və kürdlər arasında fərq qoymur- dular. Xatırladaq ki, erməni və bolşevik hərbi birləşmələrinin 1918-1920-ci il- lər ərzində törətdikləri soyqırım cinayətlərində 400 min Azərbaycan türkü ilə yanaşı, Zəngəzurda, Qarabağda yaşayan 15 min kürd də xüsusi amansızlıqla qətlə yetirilmişdir. 1948-1953-cü illər arasında Ermənistan Sovet Sosialist Res- publikasından zorla deportasiya edilənlər, Azərbaycana pənah gətirənlər ara- sında da minlərlə kürd var idi. 

XIX əsrin sonlarında rəsmi Yerevanın yürütdüyü siyasət nəticəsində Ermə- nistan ərazisində kürdlərin də sayı kəskin şəkildə azalmış, 1988-ci ildə cəmi 64 min nəfər təşkil etmişdir. Elə həmin il millətçi-separatçı qüvvələrin Yerevan da keçirdiyi mitinqlərdə kürdlərə qarşı kəskin şüarlar səsləndirilmiş, onların kütləvi şəkildə Ermənistandan qovulmasına dair çağırışlar edilmişdir. Təkcə 1988-ci ilin son aylarından etibarən 20 minə yaxın kürd Ermənistanı tərk etmək məcburiyyətində qalmışdır. Xeyli sayda kürd işgəncələrə, qeyri-insani hərəkət- lərə məruz qalmış, xüsusi amansızlıqla qətlə yetirilmişdir. Məsələn, Vedibasar mahalının nüfuzlu ağsaqqallarından olan 74 yaşlı Şamo Süleymanov ermənilə- rin Azərbaycan ərazilərini zəbt etməsinə, onların işğalçılıq siyasətinə qarşı çıxdığına görə 1990-cı il iyunun 26-da doğmalarının gözü önündə diri-diri tonqalda yandırılmışdır. 

Bu gün Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda gedən mübarizədə Azərbaycan kürdləri də ön sıralardadırlar. Milliyyətcə kürd olan xeyli Azərbaycan oğlu döyüşlərdə misilsiz rəşadət göstərmiş, yaralanmış və şəhid olmuşdur. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı adına, or- den və medallara layiq görülənlər də vardır. 

Kürd xalqı Yaxın və Orta Şərqin qədim etnoslarından biri olsa da, onun adına qədim yazılı mənbələrdə rast gəlinir. Lakin bununla belə, bu xalqın mən- şəyi, etnogenezi haqqında hələ də ortaq rəy yoxdur. Kürdlər arasında yayılmış qədim rəvayətlərin birinə görə, onların mənşəyi Firdovsinin «Şahnamə» əsə- rində təsvir edilmiş bir əfsanə ilə bağlıdır. Belə ki, saray həkimləri ağır xəstə- liyə düçar olmuş şah Zöhhakı sağaltmaq üçün hər gün iki gənci qətlə yetirməyi, onların beyinlərindən xörək hazırlamağı və bu «dərmanı» hökmdara yedirtmə- yi tövsiyə etmişdilər. Lakin şahın Ərmayil və Kərmail adlı iki müdrik vəziri günahsız insan qırğınını nisbətən azaltmaq, hər dəfə bir gənci ölümdən xilas etmək məqsədilə xörəyə quzu beyni qatırdılar. Xilas olunanlar isə gizlincə dağ- lara çəkilir, burada məskunlaşır, ailə qurur, oğul-uşaq sahibi olurdular. Sonralar onların törəmələrini «kürd» adlandırmağa başladılar. Digər rəvayət isə Süley- man peyğəmbərin adı ilə bağlıdır. Günlərin birində peyğəmbər gündoğandan günbatana kimi olan bütün ərazilərdə beş yüz gözəl qız tapıb saraya gətirməyi cinlərə əmr edir. Lakin itaətkar cinlər əmr yerinə yetirilənədək peyğəmbər dün- yasını dəyişir. Bunu eşidən cinlər özləri həmin dünya gözəlləri ilə evlənirlər. Onların övladları isə «kürd» adlandırıldılar. 

Kürd dili (zimane kurdi) Hind-Avropa  dilləri  ailəsinin İran dil  qrupuna daxildir və kürdlərin yaşadıqları ərazilərdən asılı olaraq dörd əsas dialektə sorani (mərkəzi Şərqi İraq və İran), kurmancı (şimal Türkiyə, Suriya, İraq, İran, keçmiş SSRİ məkanı), kermanşahi və ya kelhuri (cənub Qərbi İran və Şərqi İraq), laki (İranın Luristan, Həmədan, Qəzvin və Xuzistan vilayətləri, İraq) ləhcələrinə ayrılır. XVII əsrdə yaşamış türk səyyahı, coğrafiya- şünası və tarixçisi Övliya Çələbi də öz səyahətnaməsində kürd dilindən, onun ləhcələrindən geniş bəhs etmişdir. Həmin ləhcələri ortaq söz ehtiyatı, qramma- tika qaydaları birləşdirsə də, aralarında fərqli xüsusiyyətlər də vardır. Kürdlərin məskunlaşdıqları ərazilərdə və tarixən təmasda olduqları xalqların – ərəblərin, türklərin, farsların, yunanların və s. lüğət tərkibindəki xeyli söz həmin dialekt- lərdə işlədilir.Azərbaycan kürdləri kurmancı ləhcəsində danışırlar. 

Tədqiqatçılar kürd xalqını aşağıdakı bölgülər üzrə təsnif edirlər. Kürd dili- nin dialektlərinə - kurmancı, sorani, kermanşahi, laki, tayfa-nəsil mənsuby- yətinə – quran, baban, lak, qalxani, çemşkezek, zəfəranlu, caf, milan, reşko- tan, mıhellemilər, rişvan, terikan, ibikyan, şabanqara, milli, şeybizin, mutqu, bradost, dimili, dirijan, ertusi, etmaki mükri, sorani, hasani, şakkak və s., coğrafi mənşəyə – dərsimi, həkkari, baxtani, baxtiani və s., dini etiqada - cəfə- ri/şiə, ələvi, sünni, əhli-ilahi/əhli-həqq, yezidi, xristian və s. görə.  

Qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə- sinə qədər kürdlər əsasən Azərbaycanın Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarında və Naxçıvanın bir neçə yaşayış məntəqəsində məskunlaşmışdılar. Lakin həmin ərazilərin böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfin- dən işğalı nəticəsində bölgələrin kürd əhalisi də ata-baba yurdlarından didərgin düşmüşdür.2 Hazırda kürdlər Azərbaycan Respublikası əhalisinin 0,2%-ni (təq- ribən 13.100 nəfər) təşkil edirlər. Kürd kəndləri ənənəvi olaraq tayfa mənsu- biyyəti əsasında salınırdı. Məsələn, Laçın rayonundakı Zertı kəndində fartov və allahverdi, Minkənddə şahsuvarlı, tarullu, mamelli, Bozluda şərəfli və kravlı, Ağcakənddə miri, ləzgi və köçəri, Karakeşişdə səfiqulu və ağalıoğ- lu, Şeylanlıda isaxanlar, şəfiklər, çiçəklər, məmmədlilər, Kəlbəcərin Şurtan kəndində nağılı, Xalanlıda əlləzlər və şükürlək və s. tayfa və nəsillər məskun- laşmışdılar. 

Professor Q.Qeybullayev rusiyalı qafqazşünas və etnoqraf Qriqori Çursi- nin (1874-1930) «Azərbaycan kürdləri» əsərinə istinadən onların Azərbaycan ərazilərinə miqrasiyasının tarixi haqqında bunları yazırdı: «Kürdlər əsasən XVI-XVII əsrlərdə qızılbaş tayfalarının tərkibində İran və Türkiyə əra- zilərindən gələrək burada məskunlaşmışlar».3 Məlumdur ki, 1578-1590-cı illərdə baş vermiş Səfəvi-Osmanlı müharibəsi Şah I Abbas və Sultan III Murad arasında İstanbul sülh müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Müqa- vilənin şərtlərinə görə, Kartli, Kaxetiya, Mesxetya, Sirvan, Qarabag, Çuxur- səəd əraziləri Osmanlı dövlətinin tərkibinə daxil olmuşdur. Osmanlı və Səfəvi torpaqlarında yaşayan kürdlərin Qərbi Azərbaycan ərazilərinə ilk dəfə kütləvi köçü də məhz həmin müqavilə ərəfəsinə təsadüf edir. 

Tanınmış Azərbaycan etnoqrafı Məhəmməd Həsən Baharlı 1921-ci ildə Bakıda nəşr etdirdiyi «Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahi-zat» əsərində həmin miqrasiyaya toxunaraq bunları qeyd edirdi:  «Azərbaycan kürdləri bir çox qəbilələrə (tayfalara) bölünürlər... və özlərini Rumdan, yəni Kiçik Asiyadan (Türkiyədən) çıxanlar hesab edirlər. Onlar İranla Türkiyə arasında baş vermiş mühari- bə zamanı 1589-cu ildə Türkiyə sulta- nı tərəfindən və İbrahim ağa adlı bir şəxsin rəhbərliyi altında buraya gön- dərilmişlər». M.H.Baharlı bu məsələyə də toxunaraq, «Gorus kürdlərinin» əvvəllər Cənubi Azərbaycanın Həmədan vilayətində yaşadıqlarını bildirirdi.

XIX əsrdə yaşamış rusiyalı qafqazşünas, etnoqraf və linqvist Sergey Ze- linskinin etnoqrafik ekspedisiyaları- nın nəticələri də həmin faktı qismən təsdiqləyir. Alim Zəngəzur qəzasında yaşayan kürdlərin ağsaqqalları ilə söhbətlər zamanı onların 1589-cu ildə Osmanlı sultanının əmri və tayfa başçısı İbrahim ağanın rəhbərliyi ilə Cənubi Azərbaycandan – Urmiyə gölü ətrafından buraya gəlmələrini müəyyən etmişdir. 

Ötən əsrin ortalarında Azərbaycan SSR-də etnoqrafik araşdırmalar aparmış rusiyalı tədqiqatçı, Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının etnoqrafiyası üzrə mütəxəssis Tatyana Aristova Azərbaycanda apardığı çöl tədqiqatları nəticəsin- də tarixi Azərbaycan ərazilərinə kürd miqrasiyasının XIX əsrin əvvəllərindən daha intensiv xarakter aldığını qeyd etmişdir. Çar Rusiyasının generalı, şərq- şünas Pavel Averyanov (1867-1937) kürdlərin Azərbaycana növbəti böyük kö- çünün 1807-ci ildə baş verdiyini, Mehmet Səfi sultanın başçılığı ilə 600 kürd ailəsinin Araz çayını keçərək Qarabağ xanlığı ərazisində məskunlaşdığını ya- zırdı. Bundan başqa, Rusiya və İran arasında Türkmənçay müqaviləsinin im- zalanmasından sonra Cənubi Azərbaycanın Qaradağ vilayətində yaşayan min ailəlik çələbi kürd əşirəti çar hökumətinə müraciət edərək Rusiya təəbəliyini qəbul etmək və Azərbaycan ərazisində yaşamaq istədiyini bildirmişdir. 

Adı çəkilən müqavilənin 15-ci maddəsinə əsasən, Rusiya təəbəliyini qəbul edən İran əhalisinin ailələri ilə birlikdə maneəsiz olaraq, sərhədi keçməsinə və yeni ərazilərdə məskunlaşmasına icazə verilmişdir. Həmin köçkünlər arasında kürdlər də var idi. P.Averyanov yazır ki, «Gürcüstanın, Qarabağ, Şəki və Gəncə xanlıqlarının Rusiyaya birləşdirilməsi nəticəsində Rusiya əsazisin- də yaşayan xalqların içərisinə kürdlər də əlavə olundu».7 Bundan başqa, həmin dövrlərdə xeyli sayda kürd ailəsinin İrandan Naxçıvana və Qərbi Azər- baycana – Sürməli qəzasına köç etməsinə dair arxiv sənədləri də vardır.  Akademik Əlövsət Sumbatzadə «Azərbaycanlılar – etnogenez və xalqın formalaşması» kitabında bu barədə yazırdı: «XVI-XVIII əsrlərdə Azərbayca- nın etnik xəritəsində diqqət çəkən məqam buraya Türkiyədən və Cənubi Azərbaycandan yeni kürd tayfalarının köçürülməsi olmuşdur. Xüsusilə, Van gölünün şərq sahillərində yaşayan gibikli və mahmudlu tayfalarının XVI-XVII əsrlərdə Azərbaycan ərazisində məskunlaşmasını qeyd etmək olar… Kürd tayfalarının Şimali Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə– Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra da davam etmişdir. Nəticədə onlar kütləvi şəkildə indiki Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında, Naxçıvanda məskunlaşmışlar». 

XIX əsrin əvvəllərinə aid statistik məlumata əsasən, yüzlərlə kürd ailəsi ta- rixi Azərbaycan torpaqlarında yaradılmış yeni inzibati-ərazi vahidlərinə – Ərəş, Cəbrayıl, Cavanşir, Zəngəzur, Naxçıvan, Sürməli, Şərur-Dərələyəz, Gümrü qəzalarına, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarına köçürülmüşdür. Krım müharibəsi (1853-1856), Rusiya-Osmanlı müharibəsi (1877-1888) zamanı kürdlərin tarixi Azərbaycan torpaqlarına miqrasiyası daha geniş miqyas almış və təkcə müsəlmanları deyil, təəssüf ki, hələ də yanlış ola- raq «iblisə tapınmaqda» günahlandırdıqları yezidi (Yəzda) kürdləri də əhatə etmişdir. Nəticədə XIX əsrin sonlarında – 1897-ci ildə Çar Rusiyasının işğalı altındakı Anadolu torpaqlarında yaradılan qondarma qurum – «Qars quberniyası» da daxil olmaqla, Qafqaz və Cənubi Qafqaz ərazilərində cəmi 99.832 nəfər, o cümlədən Yelizavetopol quberniyasında 3.042, İrəvan quberniyasında isə 49.389 kürd yaşayırdı.11 Rusiyalı tədqiqatçı A.Dekonski «Şuşa və Cəbrayıl qəzalarında, Yelizavetpol quberniyasında dövlət kəndlilərinin iqtisadi vəziyyə- ti» adlı hesabatında da kürdlərin Azərbaycana miqrasiyası məsələsinə toxun- muşdur. Alim XIX əsrin 70-ci illərində Cəbrayıl qəzasında cəmi 735 kürdün məskunlaşdığını, Şuşa qəzasında isə kürdlərin yaşamadığını qeyd etmişdir.
     Tatyana Aristova «Zaqafqaziya kürdləri. Tarixi-etnoqrafik oçerk» kitabın- da burada məskunlaşmış kürdlərin öz köklərini və tarixi vətənlərini unutma- dıqlarını xüsusilə vurğulamışdır. Məsələn, Qubadlı rayonundakı Şotlanlı və Zilanlı kəndlərinin ağsaqqalları ata-babalarının İrandan Ermənistana, oradan da Azərbaycana köç etdiklərini yaxşı xatırlayırlar. XIX əsrin sonlarında Er- mənistandan xeyli sayda kürd ailəsi Azərbaycanın qərb bölgələrinə gəlmişdir. Belə ki, Şərur-Dərələyəzdən köç etmiş Şahsuvarovlar ailəsi Laçın rayonunda Minkənd yaşayış məntəqəsini salmışdır. 1888-ci ilin statistikasına görə, həmin kənddə 23 kürd və 47 erməni ailəsi yaşayırdı. Ağsaqqalların dediklərinə görə, 1920-ci illərdə dərələyəzli kürd qardaşlar – Xodo və Abbas Laçında Karakeşiş kəndinin, daha üç qardaş isə Kəlbəcər rayonunun Zar və Zəylik kəndlərinin əsasını qoymuşlar. Bundan başqa, Oruclu kəndi Oruc adlı kürdün, Ağcakənd isə Ağca adlı kürd qızının şərəfinə adlandırılmışdır. Aşağı Şurtan kəndini isə Hüt və Nağı adlı iki qardaş salmışdır. Ötən əsrin 20-ci illərində həmin kən- din sakinlərindən bir qrupu Yevlax və Tərtər rayonlarına üz tutmuş və orada məskunlaşmışdır. T.Aristova onu da əlavə edir ki, 1813-cü, 1828-ci və 1914- cü illərdə İrandan gələn kürdlər, bir qayda olaraq, Yelizavetpol quberniyasının Zəngəzur qəzasında yerləşdirilmişlər. 

Azərbaycanda kürdlərin sıx məskunlaşdıqları yaşayış məntəqələri əsasən dağlıq və dağətəyi zonalarda yerləşir. XVI-XIX əsrlərdə köçəri və yarımköçəri həyat tərzi sürən kürdlərin ənənəvi kürd yaşayış evləri əsasən mal, xani ad- lanan qazmalardan (qaradam) ibarət olmuşdur. Kəskin iqlim şəraiti üçün uy- ğunlaşdırılmış qaradamlarda, bir qayda olaraq, pəncərəni damın mərkəzindəki oyuq əvəz edirdi. Həmin oyuq günün işıqlı vaxtlarında həm içərini işıqlandırır, həm də tüstü bacası rolunu oynayırdı. Azərbaycanın dağ bölgələrinin, xüsusilə Laçın və Kəlbəcər rayonlarının əhalisinin, o cümlədən kürdlərin həyat tərzini tədqiq edən Azərbaycan arxeoloqu, etnoqrafı və folklorşünası Ələsgər Ələk- bərov hələ ötən əsrin 30-cu illərində kurd qaradamlarının xarici görkəmləri- nin və daxili quruluşunun ətraflı təsvirini vermişdi.14 Maldar kürdlər isə yaylaq mövsümü zamanı qarakeçə adlanan çadırlardan istifadə edirdilər. Onların üzə- ri qara rəngli sıx keçə ilə örtüldüyü üçün belə adlanırdı. Bəzən yaylaqlarda bir ailənin bir neçə belə çadırı qurulurdı. Etnoqrafların məlumatına əsasən, kürdlə- rin yaylaq çadırları özünün sadəliyi və praktikliyi ilə seçilirdi.


Lakin XX əsrin 30-cu illərindən etibarən həmin çadırlar yaşayış üçün daha əlverişli olan türk (Azərbaycan) alaçıqları ilə əvəzlənmişdir. Bundan başqa, yaşayış və təsərrüfat məqsədləri üçün təbii və süni mağaralardan da geniş istifadə olunurdu. Vaxtilə Laçın rayonunun ərazisində Mişni, Zerti kimi bir neçə belə mağara-kənd var idi. Həmçinin, oturaq həyat tərzinə keçən, əsasən əkinçilik- lə məşğul olan kürd ailələri sal daşlardan bir-iki mərtəbəli, eyvanlı binalar, dağ ətəklərində isə terras tipli yaşayış evləri inşa edirdilər. Bu evlərin ikinci mərtəbələri yaşayış və qonaqlar üçün nəzərdə tutulur və oda adlanırdı. Oda- ların bütün qapıları ümumi dəhlizə – sevdara açılırdı. Alt mərtəbədə isə mala tandurexani (çörək bişirilməsi üçün yer, təndirxana), tavle (tövlə), qom (qo- yun ağılı) və kilar (anbar) yerləşirdi.

Kürd milli geyimləri praktiki olmaları, etnik bəzək ünsürləri ilə seçilməsi ilə yanaşı, bu xalqın tarixən yaşadığı ərazilərin sərt, ekstremal iqlim şəraitinə, həyat tərzinə və məişətinə tam uyğunlaşdırılmışdır. Odur ki, bu paltarlarda la- zımsız elementlərə rast gəlməzsiniz. Gündəlik kişi geyimlərində, adətən, açıq qəhvəyi, ağ və qara rənglərdən istifadə olunsa da, qadın paltarlarında əlvan, xüsusilə yaşıl, qırmızı və narıncı rənglərə, sakral rəmzlərlə zəngin etnik orna- mentlərə daha çox üstünlük verilirdi. Bununla belə, Azərbaycan kürdlərinin yerli xalqlarla sıx təmasları, yeni yaşam şərtləri, qarşılıqlı mədəniyyət müba- diləsi və ortaq dəyərlərinin formalaşması onların milli geyimlərinə də təsirsiz ötüşməmişdir. Doğrudur, bu paltarlarda aparıcı etnik elementlər qorunub-sax- lanılsa da, bütövlükdə XIX əsrin ortalarından etibarən Azərbaycanda kürdlərin də milli geyimlərində məskunlaşdıqları bölgələrə xas olan «dəb» xüsusiyyətlə- ri özünü qabarıq göstərirdi.

Təsadüfi deyildir ki, həmin dövrün müəllifləri Azərbaycan türkləri ilə kürdlərin nəinki adət-ənələrində və məişətlərində, hətta geyimlərində də ciddi fərqlərin olmadığını xüsusi qeyd edirlər.15 Bu bənzərlik bir tərəfdən həmin ərazilərdə yaşa- yan Azərbaycan türklərinin həyat tərzi, məşğuliyyəti və məişətinə yaxınlığı, digər tərəfdən isə kürdlərin yerli şəraitə uyğunlaşması nəticəsində baş vermişdir. Sergey Zelinski XIX əsrin 80-ci illərində yazırdı: «Kürdün nə xarici görkəmində, nə də geyimində fərqləndirici xüsusiyyət var. O, adi tatar (Azərbaycan türkü) pal- tarını geyinir». S.Zelinski onu da əlavə edir ki, buradakı kürdlər o dərəcədə «ta- tarlaşmışlar» ki, «hətta qonşu ermənilər onları bir-birindən ayıra bilmirdilər. Çoxları isə Zəngəzurda kürdlərin mövcudluğundan xəbərsiz idi».

XIX-XX əsrlərə aid ortaq geyimlərdə nəzərə çarpan fərq bəzi paltar və bəzək elementlərinin adlarının ya kürdcə olduğu kimi qorunmasında, ya kürd dilinə uyğunlaşdırılmasında, ya da Azərbaycan türkcəsində saxlanılmasındadır. Məsələn, kişilərin geydikləri gündəlik köynəklərə kürdlər kras, qaftana darpə, gödəkçəyə eləg, bellərinə bağladıqları enli qurşağa peşt, yun coraba qore, çəkməyə saq, maz desələr də, şarvar (şalvar), papaq, corab, arxalıq, çuxa, çarıq kimi sözlər dəyişilməz qalmışdır. Kürd qadınlarının geyimlərin- də isə qədim milli tərz və bəzək elementləri, onların adları daha yaxşı müha- fizə edilmişdir. Burada eləg (qabağı açıq olan üst geyimi), xevalkras (qadın şalvarı), kofi və ya dingə (baş örtüyü), kurtuk (qadın köynəyi), navdere, meşər (qadın önlüyü), dehrə (bir neçə qatdan ibarət tuman), davzəng (qol- çaq), bene peşte (yun qadın kəməri), kari (baş örtüyü), «rext» (sinəbənd), bozen (bilərzik), qostil (üzük) adları ilə yanaşı, türk mənşəli xavtan (qaf- tan), döşlük, çarıq, corab, tuman və s. sözlərinə də rast gəlirik. Görkəmli rus etnoqrafı, şərqşünası, linqvist və arxeoloqu Vsevolod Millerin (1848-1913) qeydlərində İrəvan quberniyasındakı kürd qadınlarının uzun və astarlı köy- nək – dalma geydikləri, başlarına ağ araqçın qoyub, üstündən dınqa (dingə) adlanan yaylıqla örtmələri göstərilir. 

Ənənəvi kürd geyimlərinin Azərbaycan şəraitinə tədricən uyğunlaşdırıl- masının genezisini XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış alman rəssamı, Tiflisdəki Qafqaz Muzeyinin professoru Maks Tilkenin illüstrasiya- larında aydın müşahidə etmək mümkündür. Rusiya imperatoru II Nikolayın sifarişi ilə hazırlanan albomdakı təsvirlərdən göründüyü kimi ilk dövrlərdə Türkmənçay və Gülüstan müqavilələrinin bağlanmаsından sonra Türkiyə ərazisindən Qərbi Azərbaycanda, oradan da Qarabağ torpaqlarında yerləşmiş kürdlərin qiyafəsində həm milli kürd, həm də Osmanlı ənənələri üstünlük təşkil etsə də, sonrakı dövrlərdə Azərbaycan əhalisi ilə sıx təmaslar sayəsində həmin paltar nümunələri yerli xalqın geyim tərzinə Azərbaycanın tərəkəmə əhalisinin üslubuna nisbətən uyğunlaşdırılmışdır. 

Onu da vurğulamaq lazımdır ki, kürdlərin Azərbaycan cəmiyyətinə və etnomədəniyyətinə geniş inteqrasiyası onları həmin mədəniyyətin xüsusilə aşıq musiqisi və muğam ifaçılığı sənətinin daşıyıcılarından birinə çevirmiş- dir. Bu gün saz, tar Azərbaycan kürdlərinin də milli musiqi alətlərindən biri sayılmaqdadır. Kürd xalqının folkloru zəngin və rəngarəngdir. Onların şifahi xalq ədəbiyyatında bəyt-sərhati adlanan məhəbbət və qəhrəmanlıq dastanları önəmli yer tutur. Kürd dilində dənqbej kimi tanınan xalq ifaçıları «Mən və  Zin», «Əli dayıoğlu», «Rüstəm və Zal», «Zənbilfroş» (Zənbilsatan), «Qər   və Kölıq», «Xəce və Siyabənd», «Dımdım», «Seva aci», «Məme və Əyşe» kimi nəcib hissləri, sədaqəti, mərdliyi tərənnüm edən qədim dastanları el şənliklərində, toy məclislərində xüsusi məharətlə ifa edirlər. Onların zəngin və özünəməxsus milli ənənələri «Kalaşo-nobadaro», «Mayrame», «Roma- ni» kimi toy nəğmələrində də özünü göstərir. Toy və bayram şənliklərində  bu mahnılarla yanaşı blur (tütək), dihol (təbil, nağara), fiq (ney), həmçinin tənbur, ud, zurna, balaban və zərb alətlərinin müşayiəti ilə Azərbaycan yallı- larına bənzəyən sakmə, canqulə, şoror, nəri, oynare, adle və govənd adlanan şaqraq kollektiv rəqslər ifa olunur. Bu rəqslərin içərisində qovənd (kürd dilində «qav» sözündən olub «addım» anlamını verir) kürd xalqının mənəvi birliyinin rəmzlərindən biri hesab edilir. 

Kürd ailəsinə xas olan cəhətlərdən biri qonaqpərvərlik, qonağa hörmətdir. Etnoqraf Q.Cavadov yazır ki, kürdlərin inamına görə, qonaq Allahın göndərdi- yi şəxsdir və onu qəbul etməyənləri Rəbb sevmir. Odur ki, kürdün qonağı olan kəs həmin ailənin ən yaxın üzvü sayılır, hətta evin qadınları onu məhrəm – qardaş, yaxın qohum bilib, yanında yaşmaq tutmurlar. Bu zaman kürd maddi imkanından asılı olmayaraq, evinin ən ləziz nemətlərini qonaq süfrəsinə düzür. Qonağın evdən ac getməsi ev sahibi üçün ayıb sayılır. Azərbaycan kürdlərinin də milli mətbəxi özünəməxsus nümunələrlə zəngindir. Bununla belə, kürdlə- rin tarixi miqrasiyaları və məskunlaşdıqları ərazidə yerli əhali ilə sıx təmasları nəticəsində onların milli mətbəxinə Cənubi Qafqaz, o cümlədən Azərbaycan, Yaxın Şərq kulinariyasına xas olan xörək növləri əlavə olunmuşdur. Bu əlaqələr kürdlərin də milli xörək növlərinin regionda yayılmasına, qonşu xalqların kuli- nariyasında özünəməxsus yer tutmasına zəmin yaratmışdır.

Bütövlükdə, kürd milli kulinariyasında ənənəvi olaraq ət və ağartı məh- sullarından, göyərtidən, xüsusilə dağ otlarından geniş istifadə edilir. Ətdən hazırlanan xörəklər, o cümlədən kabab və qovurma növləri Azərbaycanın mətbəx nümunələrindən bir o qədər fərqlənmir. Məsələn, qəli adlanan xörək Yaxın  və Orta Şərqdə, Azərbaycanın cənub bölgələrində qalya və ya qəl-   yə kimi məşhurdur. Onlar da əti qışa saxlamaq üçün eyni texnologiya üzrə qaurma (qovurma, Naxçıvanda – qavırma) hazırlayırlar. Seləgəli isə saciçi xörəyinin kürdcə adıdır. Çörəyə dasta nan, plova berenc deyirlər. Çəkmə həm Azərbaycan türklərinin, həm də kürdlərin milli xörəyi sayılır. Bundan başqa, Azərbaycan türklərinin qatıqaşı adlandırdıqları qrar, pərişan (toyuq soyutması), noxat şorak (noxudla bişirilmiş bozbaş) kürdlərin də milli mətbəx nümunələrindəndir. Kürd süfrəsində süd məhsulları – sərsum adlanan taxta nehrələrdə hazırlanan yağ, ayran, pənir (pendir), qatıq, süzmə, kəşk (qurut), jaji (kəsmik) xüsusi yer tutur.

 

Mənbə: M.Paşayeva, A.Qurbanov. Biz azərbaycanlıyıq: qısa etnoqrafik oçerklər. - Bakı, 2018. 232 s.

 

Xəbərlər
Redaktorun seçimi