“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.03.2017, 20:48
1325

DİN-dəki "qara kəmər"in ucu kimin əlindədir? (2005)

"Paqonlu qulyabanı»ların ifşasından sonra cəmiyyətin cavab gözlədiyi ilk sual budur
A- A+

⇔ ⇔ ⇔

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən martın 10-da həyata keçirilmiş "Qara kəmər" əməliyyatı nəticəsində adam oğurluğu, qətllər və digər ağır cinayətlər törətmiş bandanın ifşa ediləməsi cəmiyyətdə böyük rezonans doğurub. Son illərdə paytaxtda törədilmiş bir sıra dəhşətli cinayətin üstünün, nəhayət, açılması əhali tərəfindən müsbət qarşılanıb. Əslində bu bandanın ötən doqquz ildə törətdiyi cinayətlərin hər biri ictimai rəydə ciddi narahatlıq və çoxsaylı suallar doğurmuşdu. Cəmiyyət üçün ən aktual sual da sözügedən cinayətlərin bunca müddət ərzində ölkənin hüquq-mühafizə orqanları tərəfindən niyə açılmaması ilə bağlı idi.

Əslində həmin sualın cavabı da hazır idi: əgər cinayətlər açılmırsa, deməli, bunu istəməyən qüvvələr var, həm də kənarda yox, elə hüqüq-mühafizə orqanlarının özündə. Necə deyərlər, elin sözü əzəl-axır düz olur və MTN-nin həyata keçirdiyi əməliyyatın nəticəsi də bunu təsdiqlədi - bandanın başında hansısa residivist-cinayətkar deyil, Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov dayanırmış. Təbii ki, belə yüksək çinli, özü də məhz cinayət-axtarış işi "məşğul olan" orqan əməkdaşının törətdiyi cinayətlər elə-belə açılmazdı. Burada bir məqamı xatırlatmağa dəyər ki, ölkədə adam oğurluğu və ağır cinayətlərlə bağlı kriminogen situasiyanın ağırlığını nəzərə alan mərhum dövlət başçısı Heydər Əliyev hələ 1999-cu ildə bu sahədə ciddi tədbirlər görülməsi üçün DİN-ə və Baş Prokurorluğa xüsusi tapşırıq vermişdi. Öz növbəsində sözügedən instansiyaların rəhbərliyi birgə təhqiqat qrupu yaratmışdı və həmin qrupa DİN-dən baş əməliyyat müvəkkili Hacı Məmmədov, prokurorluqdan isə baş kriminalist, mərhum Rövşən Əliyev təhkim olunmuşdular. Bu "işbirliyi"nin ikinci üçün necə nəticələndiyi bəllidir.

Eyni zamanda, R.Əliyevin 2002-ci ildə qətlə yetirilməsi ilə bağlı cinayətin üç il ərzində açılmaması düşünməyə əsas verir ki, onun ölümünə sifariş vermiş H.Məmmədov bu işdə təkbaşına olmayıb və ən azı bu cinayətin bağlı qalacağına arxayın olub. Bu arxayınçılıq isə heç də onun peşəkər keyfiyyətləri ilə bağlı olan məsələ (yəni iş o qədər "təmiz" görülüb ki, heç bir iz qalmayıb) deyil. İzi itirməyin, necə deyərlər, daha sadə üsulu var: müəyyən şəxslərə müəyyən miqdarda pul verirsən, istintaqın yönünü başqa səmtə dəyişirsən, vəssalam. Odur ki, H.Məmmədovun hüquq-mühafizə orqanları sistemindəki mümkün "krışa"sı barədə danışdıqda ilk növbədə bu məqam nəzərdə tutulur. Hərçənd bu "krışa"nın mahiyyəti daha dərin və cinayət tərkibli ola bilər və bunu da başlanan istintaq aydınlaşdırmalıdır.

Təsadüfi deyil ki, bu gün ictimai rəyi maraqlandıran əsas sual məhz bu yöndədir. Hərçənd "qara kəmər" şərti adı verilmiş əməliyyatın özü bu suala qismən cavab verir. Əgər dövlət başçısı tərəfindən bu əməliyyat DİN-ə deyil, məhz MTN-ə həvalə edilibsə və onun gedişindən birincinin xəbəri olmayıbsa, buradan müəyyən nəticə çıxarmaq o qədər də çətin deyil. Prezident özü də martın 12-də jurnalistlərə müsahibəsində bu məqamı xüsusi vurğuladı.

Dövlət başçısı təəssüflə qeyd etdi ki, sözügedən cinayət əməlləri ilə bağlı indiyədək dəfələrlə istintaq-axtarış işləri (təbii ki, DİN və prokurorluq tərəfindən) aparılsa da, heç bir nəticə verməyib: "Odur ki, mənim tərəfimdən belə bir qərar qəbul olundu ki, bu məsələni MTN-ə həvalə edim. Halbuki bu, onların birbaşa funksiyası deyil". Bu qərardan çıxan nəticə odur ki, əvvəla, sözügedən cinayətkər şəbəkənin ("qara kəmər"in) ucu gedib DİN-ə çıxdığına görə, dövlət başçısı əməliyyatı bu quruma etibar etməyib, ikincisi, həmin şəbəkənin cinayət əməlləri artıq dövlət təhlükəsizliyinə (vətəndaşların həyat təhlükəsizliyi isə onun tərkib hissəsidir) təhdid olduğu üçün prezident bu işi MTN-ə tapşırıb. Burada bir faktı da xatırlatmaq yerinə düşər ki, ötən ilin avqustunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş vermiş məlum cinayət işinin (imtahan cavablarının kənara ötürülməsi) açılması da ölkə başçısı tərəfindən DİN-ə deyil, MTN-ə tapşırılmışdı və nəticəsi tezliklə ictimaiyyətə bəlli oldu.

Və indi ictimaiyyət də bilmək istəyir ki, əgər 1996-cı ildən bu yana çoxsaylı dəhşətli cinayətlərə "imza atmış" banda ikicə həftə ərzində MTN tərəfindən ifşa olunursa, niyə vəzifəsi bilavasitə cinayətkarlıqla mübarizə aparmaq orqan olan DİN bu işi doqquz il ərzində görə bilmirdi. Təbii ki, burada DİN-in yalnız səbatsız kadrlardan, MTN-in isə yalnız peşəkarlardan ibarət olduğunu düşünmək yersiz olardı. Çünki indiyədək DİN tərəfindən kifayət qədər ağır cinayətlər, o cümlədən təhqiqatı bilavasitə MTN-in öhdəsinə düşən əməllər açılıb. Yeri gəlmişkən, nazir Ramil Usubov jurnalisitlərə açıqlamasında bu faktı xüsusilə qeyd edib. Digər yandan, MTN-nin hazırkı rəhbəri də keçmiş polis işçisidir və bu vəzifəyə DİN-in rəhbər strukturlarından gəlib. Maraqlıdır ki, Eldar Mahmudov 2004-cü ilin iyulunda MTN-in başçısı təyin edilənədək DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi olub. Həmin idarənin şöbə rəisi Azər İsmayılov isə H.Məmmədovun qətlə yetirdiyi şəxslərdən biridir.

Deməli, bu və ya digər cinayətin üstünün açılmamasında söhbət yalnız maraqlardan və onların harada kəsişməsindən gedə bilər. Əks təqdirdə, mümkün olan şey deyil ki, H.Məmmədovun əməllərindən ən azı onun işlədiyi idarədə kimsə xəbərdar olmasın. Təsadüfi deyil ki, bu sualı prezident də səsləndirdi və cavabını da qismən açıqladı: "Necə olub ki, on il ərzində bu cinayətkar dəstə bu əməlləri edib? Çünki yəqin əmin idi ki, bu cinayətlərin üstü açılmayacaq". Bu əməllərin üstünün açılmamasının isə, yuxarıda qeyd etdiyimiz kimi, çox sadə üsulu var və güman ki, H,Məmmədov kriminal biznesdən qazandığı pulların bir qismini bu istiqamətdə sərf edib. H.Məmmədovun təkcə doqquz adam oğurluğu faktı (bu hələlik onun etiraf etdiyi və istintaqa bəlli olan rəqəmdir) üzrə "qazancı" 5 milyon dollardan çox olub, onun mənzilindən 35 evin və torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi çıxıb. Sözsüz ki, o bu qədər mal-mülkü təkbaşına "yeyə" bilməzdi. Cinayət yolu ilə əldə edilmiş pulların digər vəzifə sahibləri ilə bölüşdürülməsinin isə bir adı var - korrupsiya. 

Azərbaycanda bir çox sahələr kimi, hüquq-mühafizə sisteminin də korrupsiyaya uğradığı sirr deyil və bu gerçək dəfələrlə ölkə rəhbərliyi tərəfindən də etiraf olunub. Eyni zamanda, ölkə rəhbərliyi bu bəla ilə mübarizə aparmaq üçün ardıcıl və sərt tədbirlər görür. Cari ilin əvvəlində ölkə rəhbərliyinin penitensiar sistemdə, konkret olaraq Ədliyyə Nazirilyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində baş alıb gedən korrupsiya şəbəkəsinə qarşı başladığı tədbirləri yada salaq. Dövlət başçısı bu sahədəki vəziyyəti təsvir edərkən onun miqyasından dəhşətə gəldiyini bildirmişdi.

Eyni zamanda, cəmiyyət də "içəridə" nələrin baş verdiyinin və bu sistemdə korrupsiyanın hansı həddə çatdığını şahidi oldu. Fevral ayında cəzaçəkmə yerlərində meydana gələn olaylar əslində qeyd olunan şəbəkənin dövlətin başladığı antikorrupsiya mübarizəsinə qarşı bir qiyamı idi. Və bu sahədə görülən sərt tədbirlər artıq ilk nəticəsini verib - vəzifədən sui-istifadə hallarına, dövlət vəsaitinin israfına və digər nöqsanlara yol verdiklərinə görə 20-dən çox rəhbər vəzifəli şəxs vəzifədən azad olunub, ayrı-ayrı faktlarla bağlı cinayət işləri açılıb.

Ölkə rəhbərliyinin DİN-də yüksək vəzifə tutan "poqonlu qulyabanı"ların ifşa edilməsinə yönəlik sərt tədbirlərini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Dövlətin təməl sütunlarından olan bir sistemdə belə dəhşətli kriminal dəstənin özünə yuva tapması nəticə etibarilə dövlətə meydan oxumaq deməkdir və təsadüfi deyil ki, prezident həmin bandanın zərərsizləşdirilməsini ilk növbədə dövlətçiliyin böyük uğuru kimi qiymətləndirdi. Bu hadisə həmçinin nümayiş etdirdi ki, ölkə rəhbərliyi dövlət sistemində özünə yer tapmış və cəmiyyəti dərindən narahat edən kriminallaşmış ünsürlərə qarşı sərt tədbirləri davam etdirmək əzmindədir. 

Lakin bu xüsusda bir vacib məqamı vurğulamaq lazımdır. Son olaylardan ümumiləşdirilmiş nəticələr çıxaran bəzi dairələr Azərbaycan polisinin, ümumilikdə hüquq-mühafizə qurumlarının fəaliyyətini yalnız qara fonda təqdim etməyə çalışır. Hətta "poqonlu qulyabanı"ların üzə çıxmasından sonra bütövlükdə DİN-in bir qurum kimi mövcudluğunun məqsədəuyğunluğunu şühbə altına alanlar da tapılır. Ələlxüsus hakimiyyətin opponentlərinin Azərbaycanı kriminallaşmış dövlət kimi səciyyələndirməsi məsələyə qeyri-adekvat və dayaz yanaşmadır. "Poqonlu qulyabanı"lar problemi (hüquq-mühafizə orqanlarının əməkdaşlarının kriminal aləmlə çulğalaşması) dünyanın bir çox yerində, hətta demokratiyanın möhkəm təşəkkül tapdığı ölkələrdə də mövcuddur.

Odur ki, belə faktlara obyektiv və gerçəkçi yanaşmaq lazımdır. Gerçəklik isə ondan ibarətdir ki, aşkar edilən fakt Azərbaycanın daxili işlər orqanlarının üzərinə düşmüş ağır bir ləkədir. Və ölkə rəhbərliyi bu ləkənin yuyulması üçün DİN başçısına konkret tapşırıq verib. Təəssüf ki, DİN rəhbərliyi özü vaxtında bu cinayət faktını aşkarlamayıb. Əlbəttə, düşünmək olar ki, nazirin xəbəri olmayıb. Lakin əgər daxili işlər naziri rəhbərlik etdiyi qurumda nələrin baş verdiyindən xəbər tuta bilmirsə, bu ən azı onun peşəkarlığına xələl gətirə bilən faktdır. Yox, əgər bu fakt məlum olubsa, onda sual yapanıp ki, niyə ona qapşı tədbipləp göpülməyib?

Odup ki, bu məsələdə cəmiyyətin keçirdiyi narahatlıq və ictimai pəydə optaya çıxan suallap tamamilə əsaslıdıp.

Əgər R.Usubov bu hadisədən sonra vəzifəsi ilə vidalaşmayıbsa, bu ilk növbədə dövlət başçısının ona göstəpdiyi alicənablığın göstəpicisidip. Öz növbəsində R.Usubov bir zabit kiim dövlət rəhbərinin ona göstərdiyi etimad, tutduğu vəzifə, daşıdığı poqon və nəhayət, təhlükəsizliyinə cavabdeh olduğu insanlar qarşısında məsuliyyətini nəzərə alaraq üzərinə düşəni etməlidir. Bu məsuliyyətə isə yalnız bir şərtlə qatlaşmaq mümkündür: H.Məmmədovun bandasını birləşdirən "qara kəmər"in bütün əhatə dairəsini üzə çıxarmaq. Çünki əgər bu kəmərin bir ucu polkovnik-leytenant H.Məmmədovun əlindədirsə, digər ucu ona himayədarlıq edən və məntiqlə daha yüksək poqon sahib(lər)inin əlində olmalıdır.

Təsadüfi deyil ki, H.Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş A.İsmayılovun ailəsi də, R.Əliyevin hazırda prokurorluq sistemində işləyən oğlu da Hacının bu şəbəkədə yalnız "peşka" olduğunu bildirirlər. H.Məmmədovun istintaqın ilk günündən bütün cinayətləri təkbaşına üzərinə götürməsi də bu yöndə sualları artırır. Bundan əlavə, MTN və Baş Prokurorluğun birgə məlumatında qeyd olunur ki, əməliyyat nəticəsində H.Məmmədovdan başqa bandanın daha 11 üzvü həbs olunub. Amma indiyədək həmin 11 nəfərdən yalnız 5 nəfərin (o cümlədən 2 çeçenin), DİN əməkdaşlarından isə bir nəfərin - Nərimanov Rayon Mühafizə İdarəsinin növbətçi baş inspektoru, kapitanı Eldar Rəhimovun adı açıqlanıb. Buradan belə qənaətə gəlmək olar ki, həmin 11 nəfərin siyahısı dəqiqləşməyib və şəraitə uyğun olaraq korrektələr edilə bilər. Yeri gəlmişkən, əməliyyatın ilk günü (10 mart) KİV-ə verilən qeyri-rəsmi məlumatda tutulanlar arasında DİN-in Cinayət-Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirovun qardaşının da adı hallanırdı, lakin rəsmi məlumatda onun adı yox idi. Digər yandan, mərhum A.İsmayılovun bacısı R.Naibova qardaşının ölümündə H.Məmmədovun əlininin olması barədə vaxtilə Baş Prokurorluğa müraciətlər etdiyini, lakin bu müraciətlərin nəticəsiz qaldığını deyir.

İndi isə məlum olup ki, Baş Ppokupopluq da hələ 2001-ci ildə H.Məmmədovdan şübhələnipmiş və onun həpəkətləpini izləmək üçün MTN-ə pəsmən müpaciət edib. Lakin MTN-nin o vaxtkı pəhbəpi Namiq Abbasov bu yöndə heç bip apaşdıpma apapmayıb. Əgəp belədipsə, onda sual yapanıp ki, niyə baş ppokupop MTN başçısının laqeydliyi bapədə ölkə pəhbəpliyinə məlumat vepməyib. Belə çıxıp ki, əslində sözügedən instansiyalap bu məsələni özləpindən uzaq edəpək bip-bipinə ötüpübləp. Hiyəsi yenə suallap doğupup. Bütün bunlap isə nəticə etibapilə o deməkdir ki, "poqonlu qulyabanı"ların mümkün şəbəkəsi yalnız DİN-lə məhdudlaşmaya bilər...

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

"525-ci qəzet", 19 mapt 2005-ci il

 

Xəbərlər
Redaktorun seçimi