“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.02.2013, 10:38
1524

16 fevral

A- A+

16 fevral 1945 – Görkəmli opera müğənnisi, Xalq artisti Hüseynqulu Sarabski vəfat edib...

 Azərbaycan

 

16 fevral 1873 - Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.

 

16 fevral 1906 - Əməkdar elm xadimi, geoloq, professor Şamil Əbdürrəhim oğlu Əzizbəyov (1906-1976) anadan olub.

 

16 fevral 1916 - Görkəmli sənətşünas-alim, akademik Əbdülvahab Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqat əsərlərinin, “Abidələr danışır” (1952), «Azərbaycan memarlıq abidələri» (1958), «Əcəmi Naxçıvani» (1976) və s. kitabların müəllifidir.

 

16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni, (1918-10.6.2008) anadan olub. Əliağa Vahidlə yaxın dostluq edib, Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biri olub.

 

16 fevral 1945 – Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev), 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.

 

16 fevral 1992 - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş müsəlman respublikası - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.

 

Dünya

 

16 fevral 1497 - Alman teoloqu, lüteran teologiyasının islahatçısı, Martin Lüterin məsləkdaşı Filip Melantxon (Philipp Melanchton, 1497-1560) anadan olub.

 

16 fevral 1831 - Rus yazıçısı Nikolay Semyonoviç Leskov (1831-1895) anadan olub.

 

16 fevral 1834 - Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub.

 

16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.

 

16 fevral 1925 - Məhur Britaniya kinorejissoru Con Şlezingerin (John Richard Schlesinger, 1926-2003) doğum günüdür.

 

16 fevral 1925 - Rus kinooperatoru, SSRİ Xalq artisti Valeri Arkadyeviç Ginzburq (1925-1998) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi