“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.02.2013, 10:00
1634

27 fevral

A- A+

27 fevral 1901 - Xalq yazıçısı Əli Vəliyev Zəngəzur qəzasının Ağudi kəndində anadan olub...

Azərbaycan

 

27 fevral 1901 - Görkəmli nasir, Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 - 2.2.1983) Yelezavetpol quberniyası Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Bir sıra mətbu orqanlarda məsul vəzifələrdə çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Narahat adam”, “Ötən günlər” və s. kitabların müəllifidir. 

 

27 fevral 1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor AMEA-nın müxbir üzvü Rəna Azər qızı Məmmədova-Sarabskaya anadan olub. “Azərbaycan muğamı”, “Musiqili türkologiya” və s. kitabların müəllifidir.

 

Dünya

 

27 fevral 1807 - Məşhur Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.  

 

27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.

 

27 fevral 1912 - İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell, 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.
 

27 fevral 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913 - 27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.
 

27 fevral 1932 - Dünya şöhrətli Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932-23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

 

27 fevral 1945 - Tanınmış Polşa aktyoru Daniel Olbrıxski anadan olub.

 

27 fevral 1956 - Məşhur Estoniya estrada müğənnisi Anne Veski anadan olub.

 

27 fevral 1957 - Rusiyanın Xalq artisti, aktrisa Tatyana Doqileva anadan olub. “Fleyta üçün unudulmuş melodiya”, “İki nəfər üçün vağzal” və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi