“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.02.2013, 09:24
1714

3 fevral

A- A+

3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə vəfat edib...

Azərbaycan

 

3 fevral 1900 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (20.2.1900 – 1962) vəfat edib.

 

3 fevral 1924 - Bakıda ilk tramvaylar işləməyə başlayıb. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat - Bakı-Tiflis dəmir yolu - 1883-cü il mayın 8-də işə salınmışdı. 1899-cu ildə Bakıda konka işləməyə başladı. 1924-cü ildə elektrik tramvay xəttinin  istismara verilməsindən sonra 1926-cı ildə SSRİ-də ilk elektrik dəmir yolu xətti də Bakıda (Bakı-Sabunçu elektrik qatarı) işə salındı.

 

3 fevral 1938 - Yazıçı, publisist Şamil Süleymanlı anadan olub.  

 

3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809-4.11.1847) anadan olub. Məşhur “Toy” marşının müəllifidir.

 

3 fevral 1872 - Məşhur rus memarı, neoklassisizmin nümayəndəsi İvan Aleksandroviç Fomin (1872-1936) anadan olub.
 

3 fevral 1874 - Amerika yazıçısı Gertruda Staynın (Gertrude Stein, 1874-1946) doğum günüdür.
 

3 fevral 1881 - Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Akeksandroviç Protazonov (1881-1945) anadan olub.
 

3 fevral 1899 - Çin ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Lao Şe (1899-1966) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi