22 fevral
22 fevral 1869 - Böyük yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadə Naxçıvanda doğulub...
Azərbaycan
22 fevral Azərbaycanda avtomobil yol işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli fərmanı ilə qeyd olunur.
22 fevral 1869 - Böyük yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
22 fevral 1908 - Şair, yazıçı Əkbər Ruhi (1908-1980) anadan olub.
22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin”, “Aprel səhəri” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
22 fevral 1924 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 21.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.
22 fevral 1939 - Yazıçı-publisist Yusif Yaqub oğlu Əhmədov anadan olub. “Ruhların qayıtması”, “Səninlə sənsiz”, “Ürək bağışlamır” və s. kitabların müəllifidir.
Dünya
22 fevral 1788 - Görkəmli alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
22 fevral 1810 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 1 mart göstərilir. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.
22 fevral 1900 - İspan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi Luis Bunuel (Luis Bunuel Portoles, 1900-1983) anadan olub.
22 fevral 1921 - İtalyan aktrisası Cülyetta Mazina (Giulietta Masina, 1921-1994) anadan olub. Məşhur kinorejissor Federiko Fellininin həyat yoldaşı olub, tamaşaçılara daha çox “Kabiriya gecələri” filmindən tanışdır.
22 fevral 1950 - Fransız aktrisası Miu-Miu (əsl adı Silvet Erri - Sylvette Herry Silğvet Arri) anadan olub.
22 fevral 1959 - Tanınmış Hollivud aktyoru Kayl Maklaxlen (Kyle Merritt MacLachlan) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: