“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.02.2013, 09:39
1508

7 fevral

A- A+

7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadə anadan olub...

Azərbaycan

 

7 fevral 1919 - Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919-27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

 

7 fevral 1924 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1924 - 21.3.1981) Bakıda anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

 

7 fevral 1991 - Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonlarının adlarının dəyişdirilməsi barədə qərarlar qəbul edib. Qərara əsasən, Şaumyan (kənd) rayonunun razisi Goranboy rayonuna birləşdirilib. Parlamentin qərarı ilə həmçinin Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz adlandırılıb. Puşkin rayonun tarixi adı bərpa edilərək Biləsuvar adlandırılıb.

 

Dünya

 

7 fevral 1478 - İngilis mütəfəkkiri və yazıçısı, katolik din xadimi Tomas Mor (Thomas More, 1478-1535) anadan olub. Məşhur “Utopiya” əsərinin müəllifidir.

 

7 fevral 1655 - Fransız dramaturqu Jan Fransua Renyar (Jean-François Regnard, 1655-1709) anadan olub.

 

7 fevral 1812 - Məşhur ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens, 1812-1870) anadan olub.

Realist sosial romanınn yaradıcılarından biri, “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir. 

 

7 fevral 1870 - Rus filosofu, tarixçi, publisist, iqtisadçı Pyotr Bernqardoviç Struve (1870-1944) anadan olub.

 

7 fevral 1870 - Avstriya psixoloqu, müasir psixiatriyanın banilərindən biri Alfred Adler (Alfred Adler, 1870-1937) anadan olub.

 

7 fevral 1885 - Amerika yazıçısı, amerikalı yazıçılar arasında ədəbiyyat üzrə ilk Nobel mükafatı (1930) laureatı Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub. “Baş küçə”, “Martin Errousmit” (“Martin Arrowsmith”) və s. romanların müəllifidir.

 

7 fevral 1905 - Fransız yazıçısı və filosofu Pol Nizanın (Paul Nizan, 1905-1940) doğum günüdür.

 

7 fevral 1929 - Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 - 17.8.2008) anadan olub. Bir çox pupulyar mahnların (Sezen Aksunun repertuarlından “Sən ağlama” və s.) sözlərinin müəllifidir.

 

7 fevral 1954 - Dünya şöhrətli alman müğənnisi, bəstəkar və prodüseri Diter Bolen (Dieter Bohlen) anadan olub. 80-ci illərin məşhur “Modern Talking” duetinn üzvü, bəstəkarı və estrada ulduzu C.C.Catch-in prodüseri kimi tanınıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi