“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.02.2013, 09:08
1078

28 fevral

A- A+

28 fevral 1894 - Xalq artisti, unudulmaz aktyor Mustafa Mərdanov anadan olub...

Azərbaycan

 

28 fevral 1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894-28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Uşaq ikən ailələri Tiflisə, oradan Bakıya köçüb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.

 

28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

 

28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
 

28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 -2004) vəfat edib.

 

Dünya

 

28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub. 
 

28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. İsa peyğəmbər və həvariləri haqqında kitabların müəllifidir.
 

28 fevral 1866 - Rus şairi, simvolizmin nümayəndəsi, filosof və ədəbiyyatşünas Vyaçeslav İvanoviç İvanov (1866-1949) anadan olub.
 

28 fevral 1892 - Türkiyə aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.
 

28 fevral 1893 - Rus kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.

 

28 fevral 1920 - Rus aktyoru Aleksey Smirnov (1920-1979) anadan olub. “İ” əməliyyatı və Şurikin macəraları”nda (1-ci film -"Köməkçi") yekəpər Fedya rolu ilə məşhurlaşıb.

 

28 fevral 1922 - Görkəmli rus ədəbiyyatşünası, kulturoloq Yuri Lotman (1922-1993) anadan olub.
 

28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi