“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.02.2013, 09:44
1570

15 fevral

A- A+

15 fevral 1946 - Xalq artisti Əliabbas Qədirov anadan olub...

Azərbaycan

 

15 fevral 1886 - Maarifçi, pedaqoq Cavad Nəcəf oğlu Cuvarlı (Cuvarlinski, 1886-1963) anadan olub.
 

15 fevral 1909 - Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909-7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, teatrda 200-dək rol oynayıb.

 

15 fevral 1933 - Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 - 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. 1956-cı ildən Akademik Milli Dram Teatrında çalışıb. "Onu bağışlamaq olarmı?" (1959, leytenant Rəsulov), “Qırmızı qar” (1998) filmlərində, “Göz həkimi” (1985) televiziya tamaçasında çəkilib.

 

15 fevral 1946 - Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946-8.3.2006) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2002-2006) teatra rəhbərlik edib. Kinoda yaddaqalan obrazlar (“Qızıl uçurum” - Cəlil, “Nəğmə dərsi” (“Ömrün səhifələri” – Ata), “Küçələrə su səpmişəm” – Çərkəz və s.) yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” - Nazim, 1978) layiq görülüb.

 

15 fevral 2005 - Xalq artisti Xuraman Hacıyeva (7.3.1945 - 2005) vəfat edib. 1965-ci ildə "Arşın mal alan" filmində Asya roluna çəkilməklə məşhurlaşıb. Uzun illər Gənc Tamaşaçılar Teatrında, bir müddət Naxçıvan Musiqili Dram Teatrında çalışıb.

 

Dünya

 

15 fevral 1564 - Məşhur italyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei, 1564-8.1.1642) anadan olub.

 

15 fevral 1748 - İngilis filosofu, iqtisadçı və hüquq nəzəriyyəçisi, utilitarzmin banisi İeremi Bentam (Jeremy Bentham, 1748-1832) anadan olub.

 

15 fevral 1873 - Rus-Amerika violonçelisti və dirijoru, Nyu-York rus simfonik orkestrinin qurucusu Modest İssakoviç Altşuler (1873-1963) anadan olub.
 

15 fevral 1882 - Amerika aktyoru, səssiz kinonun ulduzlarından biri Con Berrimor (John Barrymore - əsl adı John Sidney Blyth; 1882-1942) anadan olub.
 

15 fevral 1906 - Məşhur tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində yaralanaraq almanlara əsir düşüb (1942), Berlində Moabit hərbi həbsxanasında öldürülüb. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.

 

15 fevral 1914 - Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi