“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.02.2013, 09:42
1589

23 fevral

A- A+

23 fevral 2003 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov vəfat edib...

Azərbaycan

 

23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
 

23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada anadan olub. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru  (1974-1976) olub. . “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib. 

 

23 fevral 1927 - Xalq artisti, aktrisa Roza Heydər qızı Cəfərxanova Ordubad rayonunda аnаdаn olub. 1948-ci ildən Naxçıvan teatrında fəaliyyət göstərib.

 

23 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Əbdüləli oğlu Budaqov (1928 - 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub. Toponimika, landşaftşünaslıq və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var. 

 

23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub. 
 

23 fevral 2003 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938-2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

 

Dünya

 

23 fevral 1685 - Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
 

23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraksionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
 

23 fevral 1878 - Məşhur tatar yazıçı-publisisti, ictimai xadim Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib. 

 

23 fevral 1883 - Alman filosofu və psixoloqu, ekzistensializmin əsas simalarından biri Karl Yaspers (Karl Theodor Jaspers, 1883-1969) anadan olub.
 

23 fevral 1889 - Amerika kinorejissoru Viktor Fleminq (Victor Fleming, 1889 - 1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
 

 

23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s.

 

23 fevral 1983 - Britaniya aktrisası, “Qızıl qlobus” laureatı Emili Blant (Emily Olivia Leah Blunt) anadan olub. 
 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi