“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.03.2013, 10:14
1099

1 mart

A- A+

1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli anadan olub...

Azərbaycan

 

1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. İnternet saytı:www.azertag.com

 

1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb. 

 

1 mart 1945 — Şair, tərcüməçi Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) Tərtər rayonunun Buruc kəndində anadan olub.

 

1 mart 1948 - Şair, yazıçı, publisist, tərcüməçi, riyaziyyatçı alim Hamlet İsaxanlı anadan olub.
 

1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas, ssenarist Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Dərslik və monoqrafiyaların müəllifi, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 

Dünya

 

1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərlər İntibah incəsənətinin məşhur nümunələridir.

 

1 mart 1888 - Ukrayna-sovet yazıçısı, görkəmli pedaqoq Aleksandr Serqeyeviç Makarenko (1888-1939) anadan olub. “Pedaqoji poema” romanının müəllifidir. 1930-cu ildə Bakıya gələrək Bibiheybət neftçilərinin həyatı ilə tanış olub, bu səfəri “30-cu ilin marşı” povestində təsvir edib.
 

1 mart 1892 – Məşhur yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.
 

1 mart 1927 — Amerikalı müğənni, aktyor Harri Belafonte (Harry Belafonte - Harold George Belafonte) anadan olub.

 

1 mart 1963 - Məşhur alman estrada müğənnisi Tomas (Thomas) Anders (əsl adı Bernd Weidung) anadan olub. Ötən əsrin 80-ci illərində «Modern Talking» qrupunun solisti kimi şöhrət qazanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi