“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.03.2013, 09:10
1299

16 mart

A- A+

16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar Vaqif Mustafazadə anadan olub...

Azərbaycan

 

16 mart 1921 - Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.

 

16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12.1979) anadan olub. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal qızlar ansambllarına, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqəsi və festivalların ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

 

16 mart 1948 - Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsası qoyulub. Daşkəsən bölgədə dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar olaraq salınıb. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.

 

Dünya

 

16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.

 

16 mart 1859 - Rus fiziki, radionun ilk ixtiraçısı (7 may 1895) sayılan Aleksandr Stepanoviç Popov (1859-1906) anadan olub.

 

16 mart 1884 - Rus yazıçısı, sovet ədəbiyyatında elmi fantastikanın banisi Aleksandr Romanoviç Belyayev (1884-1942) anadan olub. “Amfibiya-adam”, “Ariel” və s. əsərlərin müəllifidir.

 

16 mart 1890 - Yəhudi əsilli məşhur sovet teatr rejissoru, aktyor Solomon Mixayloviç Mixoels (Vovsi) (1890-1948) anadan olub.

 

16 mart 1920 - SSRİ Xalq artisti, tanınmış rejissor Mixail Abramoviç Şveyser (1920-2000) anadan olub. Klassik rus ədəbiyyatı nümunələrini (“Dirilmə” - L.Tolstoy, “Ölü canlar” - N.Qoqol və s.) ekranlaşdırıb.

 

16 mart 1935 - Rusiyanın Xalq artisti, aktyor Sergey Yuryeviç Yurski anadan olub. “Azərbaycanflim”in istehsalı olan “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) flimlərində çəkilib.

 

16 mart 1940 - Məşhur italyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi