“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.03.2013, 09:15
1032

31 mart

A- A+

31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev anadan olub...

Azərbaycan

 

31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 - 20.4.1944) Şuşada doğulub. 

 

31 mart 1918 – Tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gün erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb, şəhərdə 8 minə yaxın azərbaycanlı öldürülüb. Ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşa, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə davam edib. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

 

31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 - 19.3.1994) anadan olub. "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib. Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub.

 

Dünya

 

31 mart 1596 - Məşhur fransız filosofu Rene Dekart (Rene Descartes, 1596 - 11.2.1650) anadan olub.
 

31 mart 1732 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
 

31 mart 1882 - Rus yazıçısı, ədəbiyyatşünas Korney Çukovski (Nikolay Vasilyeviç Korneyçukov; 1882-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
 

31 mart 1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz, 1914-1998) anadan olub.
 

31 mart 1926 - İngilis yazıçısı, postmodernizmin tanınmış nümayəndələrindən biri Con Faulz (John Fowles, 1926-2005) anadan olub.
 

31 mart 1939 - Alman kinorejissoru, “Oskar” laureatı Folker Şlöndorf (Volker Schlöndorff) anadan olub.
 

31 mart 1948 - Rusiyanın məşhur estrada artisti Vladimir Vinokur anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi