“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.03.2013, 09:12
1148

30 mart

A- A+

30 mart 1945 - Xalq artisti, tanınmış aktrisa Şəfiqə Məmmədova anadan olub...

Azərbaycan

 

30 mart 1945 - Xalq artisti, tanınmış aktrisa, pedaqoq Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız” (Pəricahan), “Dədə Qorqud” (Burla xatun), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “İstintaq” (Gülya) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
 

30 mart 1949 - Tanınmış opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949-5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.

 

30 mart 1952 – Şair, oftalmoloq Paşa Qəlbinur (Paşa İsmayıl oğlu Musayev) Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulub.

 

Dünya

 

30 mart 1746 - Görkəmli ispan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
 

30 mart 1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub. 

 

30 mart 1853 - Məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853-29.7.1890) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi