“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.11.2013, 10:17
1589

18 noyabr

A- A+

18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanov anadan olub..

Azərbaycan

 

18 noyabr 1997 –"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

 

18 noyabr 2000 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. Yüzlərlə populyar mahnının müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”,  “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.

 

Dünya

 

18 noyabr 1786 - Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.

 

18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.

 

18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.

 

18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq, SSRİ-nin Xalq artisti Eldar Aleksandroviç Ryazanov (1927 - 30.11.2015) anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, "Qoca quldurlar", “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (SSRİ Dövlət mükafatı), “İşdə məhəbbət macərası”, "İki nəfər üçün vağzal", “Qaraj”, "Fleyta üçün unudulmuş melodiya" və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi