“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.11.2013, 10:06
1265

15 noyabr

A- A+

15 noyabr 1919 - Azərbaycanda ilk ali məktəb - Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb...

Azərbaycan

 

15 noyabr 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb.

 

15 noyabr 1927 - Xalq artisti, rəqqasə, pedaqoq Xumar Rza qızı Zülfüqarova (1927 - 2.7.2017) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarının tamaşalarında rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

 

15 noyabr 1933 – Tanınmış ədəbiyyatşünas alim, professor Firudin Hüseynov (1933-1986) anadan olub.  BDU-nun Filologiya fakültəsinə rəhbərlik (1976-1980) edib.

 

Dünya

 

15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Qauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, Qış balladası” və s. pyeslərin müəllifidir.

 

15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 - 1916) vəfat edib. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Polonetskilər ailəsi", “Xaçpərəstlər”, “Od və qılıncıa” və s.

 

15 noyabr 1925 - Rus yazıçısı və şairi, tərcüməçi, məşhur dissident Yuli Markoviç Daniel (1925- 30.12.1988) anadan olub.

 

15 noyabr 1976 - Dünya şöhrətli fransız aktyoru Jan Qaben (əsl adı Jean-Alexis Moncorge, 17.5.1904 - 1976) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi