“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.11.2013, 10:12
1711

17 noyabr

A- A+

17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası Lətif Kərimov Şuşada anadan olub...

Azərbaycan

 

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıda, Lenin (indiki Azadlıq) meydanında mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.

 

17 noyabr 1883 - Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, görkəmli alim Mirəsədulla Mirqasımov (1883-1958) anadan olub.

 

17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası, sənətşünas, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. "Azərbaycan xalçalarında ornament", "Azərbaycan xalçası" çoxcildliyi və s. kitabların müəllifidir. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunub. 

 

17 noyabr  1927 – Yazıçı-jurnalist Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr” və s.

 

17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.

 

17 noyabr 2006 - Türkiyənin Antalya şəhərində türkdilli dövlət başçılarının 8-ci zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib.

 

17 noyabr 2006 – Xalq artisti, tanınmış aktrisa Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda (“Bayquş gələndə”, “Ötən ilin son gecəsi”), televiziya tamaşalarında (“Ordan-burdan”) yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

17 noyabr Beynəlxalq tələbə günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edilib.

 

17 noyabr 1788 - Rus aktyorluq məktəbinin banilərindən biri Mixail Semyonoviç Şepkin (1788-1863) anadan olub.

 

17 noyabr 1895 - Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.

 

17 noyabr 1925 - Amerika kinoaktyoru Rok Hudson (Rock Hudson, 1925-1985) anadan olub.

 

17 noyabr 1942 - Amerika kinorejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar” mükafatı, 2007) və s.

 

17 noyabr 1966 - Məşhur fransız kinoaktrisası və rejissoru Sofi Marso (Sophie Daniele Sylvie Marceau) anadan olub. Çəkildiyi filmlər: “Cəsur ürək”, “Buludların arxasında”, “Bütün dünya da azdır” (Ceyms Bond seriayasından bu filmin bir bölümü Bakıda çəkilib, 1998). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi