“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.11.2013, 09:38
1464

26 noyabr

A- A+

26 noyabr 1928 – Tanınmış aktyor, Əməkdar artist Müxlis Cənizadə Bakıda anadan olub...

Azərbaycan

 

26 noyabr  1927 – Dilçi-türkoloq,filologiya elmləri doktoru, professor Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927 - 25.2.2015) Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində аnаdаn оlub. Milli Məclisin deputatı (1995-2000) olub, “Şöhrət” ordeni ilə təltif edilib. 

 

26 noyabr 1928 – Tanınmış aktyor, Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “O olmasın, bu olsun” (Sərvərin dostu), “Bəxtiyar” (Kərim), “Əsl dost” (Əsəd), “Dəli Kür” (Kipiani), “Yenilməz batalyon” (Nəriman Tağıyev) və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Teatr İnstitutunda dərs deyib, institutunun tədris teatrında tamaşalara quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib, bədii qiraət ustası kimi tanınıb.

 

26 noyabr 1991 - Azərbaycanda ilk müstəqil telekanal – ANS TV (Azerbaijan News Service) fəaliyyətə başlayıb. Televizya tanınmış jurnalistlər  Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən təsis edilib.

 

Dünya

 

26 noyabr Dünya İnformasiya Günüdür (World Information Day). BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformatizasiya Akademiyasının təşəbbüsü ilə qeyd edilir.

 

26 noyabr 1857 - Məşhur isveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure, 1857 - 22.2.1913) anadan olub.

 

26 noyabr 1883 - Macar şairi və yazıçısı Mixay Babiç (Mihaly Babits, 1883 - 1941) anadan olub.

 

26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.

 

26 noyabr 1926 - Məşhur rus sirk ustası və aktrisası Marqarita Nazarova (1926-2006) anadan olub. “Zolaqlıların səfəri” filmində baş rolu oynayıb.

 

26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa, 8 dəfə “Qremmi” mükafatı laureatı Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi