“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.01.2013, 20:52
1500

Azərbaycan tarixi günbəgün: 2 yanvar

A- A+

2 yanvar 1920 - Sovet (bolşevik) Rusiyasının xarici işlər komissarı Çiçerin Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyskiyə nota göndərib.

2 yanvar 1897 - Görkəmli alim və ictimai xadim Əziz Əliyev (1897-1962) anadan olmuşdur. Professor Ə.Əliyev 1930-cu illərdə Azərbaycan Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru işləyib, respublikanın səhiyyə naziri (xalq komissarı) olub. 1940-cı illərdə Rusiya Federasiyasının Dağıstan vilayətinə rəhbərlik edib, 1950-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub.

    

2 yanvar 1920 - Sovet (bolşevik) Rusiyasının xarici işlər komissarı Çiçerin Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyskiyə nota göndərib. Bolşeviklər Azərbaycandan Rusiyadakı vətəndaş müharibəsinə tərəf olaraq qoşulmağı və general Denikinə qarşı savaş elan etməyi tələb edirdilər. Cümhuriyyət hökuməti bu tələbi rədd etdi.

 

2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945-1986) anadan olub. “Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Babamızın babasının babası” (Əliquliyev),  “Evlənmək istəyirəm” (Həsən ağa),  “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Bir çox televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

2 yanvar 1992 - Ekvador Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə xeyli sonra, 2004-ci il martın 22-də quruldu.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi