“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.01.2013, 20:49
1361

Azərbaycan tarixi günbəgün: 8 yanvar

A- A+

8 yanvar 1607 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) gedişində türk qoşunlarının əlində olan Bakıda xalq üsyanı başlayıb.

Üsyandan istifadə edən Səfəvi qoşunları şəhərə daxil olaraq Osmanlı qüvvələrini oradan vurub çıxarıblar.

Tərəflər arasında bundan öncəki (1578-1590) müharibədə Bakı, Azərbaycan digər əraziləri ilə bərabər, Osmanlının nəzarətinə keçmişdi.

Səfəvi dövləti Bakını geri almaqla müharibənin gedişini tamamilə öz xeyrinə dəyişməyə müvəffəq oldu.

Əlavə bax:

https://www.azerbaycanli.org/az/page422.html

 

8 yanvar 1920 – Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatı laureatı, teatr və kinoda bir çox yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-1999) anadan olub. 1999-cu il noyabrın 23-də vəfat edib.

 

8 yanvar 1992 – Erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər.

Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) - Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

 

8 yanvar 1995 – Azərbaycan Respublikası ilə Qayana dövləti arasında diplomatik münasibətlər qurulub.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi