“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.01.2013, 16:55
1282

Azərbaycan tarixi günbəgün: 28 yanvar

A- A+

28 yanvar 1828 – Çar Rusiyasının qoşunları İranla müharibə (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal ediblər.

Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları Ərdəbili də ələ keçirdi. Fevralın 10-da İran Rusiya ilə təslimçi sülh (Türkmənçay müqaviləsi) imzalamağa məcbur oldu.

 

28 yanvar 1919 – Erməni-daşnak quldur dəstələri Gəncə quberniyasının Zağalı kəndini (indiki Daşkəsən rayonu ərazisində) yandırıblar. Kəndin 15 sakini (əsasən qadınlar və uşaqlar) vəhşicəsinə qətlə yetirilib.

 

28 yanvar 1923 – Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində mühüm yer tutan «Azərbaycan» jurnalının ilk sayı çapdan çıxıb.

 

28 yanvar 1992 – Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndindən atılmış "yer-hava" tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi