Azərbaycan tarixi günbəgün: 29 yanvar
29 yanvar 1942 – Sovet İttifaqı, Böyük Britaniya və İran arasında imzalanan sazişə əsasən, Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirilib.
29 yanvar 1925 – Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramov (1925-1993) anadan olub. Tofiq Bəhramov 1966-cı ilin dünya çempionatında Almaniya və İngiltərə arasındakı final oyununda yan hakim olan Bəhramov ingilis Cefri Hertsin mübahisəli qolunu qeydə almaqla tarixə düşüb. 1972-ci ildə sovet hakimləri arasında ilk dəfə Qitələrarası kubokun finalını -"Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) oyununu idarə edib. Tofiq Bəhramov 1993-cü il martın 26-da vəfat edib.
29 yanvar 1927 – Azərbaycanın xalq artisti, məşhur balerina Leyla Vəkilova (1927-1999) anadan olmuşdur. 1999-cu il fevralın 20-də vəfat edib.
29 yanvar 1942 – Sovet İttifaqı, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı birgə alyans barədə saziş imzalanıb. Sazişə əsasən, İran ərazisində - Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirildi və müharibənin sonunadək (1945) sovet qoşunları orada qaldı.
29 yanvar 1991 – Türkiyə ilə Azərbaycan arasında ilk hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb. Nəqliyyat sahəsində imzalanan sazişə əsasən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Araz çayı üzərində (o vaxtkı Türkiyə-SSRİ sərhədində) körpü tikilməli idi. "Ümid körpüsü"nün açılışı 1992-ci il mayın 28-də keçirildi.
29 yanvar 2004 – Prezident Heydər Əliyevin vəfatından sonra ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fond tərəfindən "2003-cü ilin adamı" mükafatına layiq görülməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimdə mükafat Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: