“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.03.2013, 16:43
1382

Azərbaycan tarixi günbəgün: 1 mart

A- A+

1 mart 1992 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı rəhbər toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk bəyanat qəbul olunub.

1 mart 1920 - Azərbaycanın ilk dovlət informasiya qurumu - Azərbaycan  Dovlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmisdir. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentliyin tarixi adı bərpa etmişdir. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmışdır.

 

1 mart 1992 – MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının  Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb. Xocalı qətliamında iştirak etmiş alayın əslində bütün hərbi texnikası bundan öncə ermənilərin əlinə keçmişdi. Alayın erməni əsilli hərbi qulluqçuları (təxminən 100 nəfər) də Xankəndidə qaldı, qalan şəxsi heyət Tbilisiyə köçürüldü və bundan sonra alay rəsmən ləğv edildi.

 

1 mart 1992 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı rəhbər toplantısında təşkilatın 1992-ci il fevralında Azərbaycan və Ermənistanda səfərdə olmuş ilk missiyanın hazırladığı hesabat əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub. ATƏM-in (1994-dən ATƏT) Qarabağ münaqişəsi ilə bağlı ilk sənədindən aydın oldu ki, bu təşkilat problemə real və obyektiv yanaşmadan uzaqdır.

 

1 mart 2004 – Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərə gedib. Səfər gedişində ikitərəfli sənədlər, o cümlədən prezidentlər tərəfindən "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi