Azərbaycan tarixi günbəgün: 18 aprel
18 aprel 2003 – Prezident Heydər Əliyev Azərbaycanın gələcəkdə NATO-ya üzvlük niyyətində olduğunu bəyan edib.
18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədova (1897-1981) Tiflisdə anadan olub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəyovun "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr məktəbini (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıb. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1981-ci il iyunun 8-də vəfat edib.
18 aprel 1991 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934-1991) vəfat edib. Tofiq Bayram 1934-cü il dekabrın 16-da anadan olmuşdu.
18 aprel 2001 – Prezident Heydər Əliyev dövlət idarəçiliyində struktur islahatları ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, bir sıra qurumlar (NK yanında Xarici Turizm Şurası, Dövlət Sığorta Nəzarəti) ləğv edildi, Torpaq Komitəsi və Geodeziya-Xəritəçəkmə Komitəsi bir qurumda birləşdirildi. Bundan əlavə, yeni strukturlar - Yanacaq-Energetika Nazirliyi (2004-cü ildən Sənaye-Energetika Nazirliyi), Gənclər, İdman və Turizm Nazirliyi (2006-cı Gənclər və İdman Nazirliyi) yaradılıb.
18 aprel 2003 – Prezident Heydər Əliyev ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonla görüşdə bəyan edib ki, Azərbaycan gələcəkdə Şimali Atlantika Alyansına üzv olmaq niyyətindədir. Bu, Azərbaycan rəhbərinin NATO-ya üzvlüklə bağlı verdiyi ilk rəsmi bəyanat idi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: