“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.04.2013, 12:35
1534

Azərbaycan tarixi günbəgün: 15 aprel

A- A+

15 aprel 1917 - Bakıda Qafqaz müsəlmanlarının qurultayında Rusiya Müvəqqəti Hökumətinin tanınması və Qafqazın muxtariyyəti barədə qərar qəbul edilib.

15 aprel 1395 - Terek çayının sahilində (Dağıstan) əmir Teymurun qoşunları ilə Qızıl Orda hökmdarı Toxtamışın qoşunları arasında döyüş birincinin qələbəsi ilə başa çatıb. Bu zəfərin əldə olunmasında Teymurilər dövlətinin müttəfiqi olan Şirvanşah I İbrahimin və Şəki hakimi Seyid Əlinin qoşunları da iştirak ediblər.

 

15 aprel 1905 - Memar, memarlıq tarixçisi Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin binasının və s. tikililərin layihələşdirilməsində iştirak edib.

 

15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

 

15 aprel 1917 - Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Qurultayda Məhəmmədəmin Rəsulzadə (“Müsavat”), hümmətçi-bolşeviklərdən Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Peterburqdakı Müvəqqəti Hökumətin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

 

15 aprel 1920 - Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski XI rus ordusunun Azərbaycan sərhədləri yaxınlığında (Dərbənd) toplanmasına aydınlıq gətirilməsi tələbi ilə Rusiya XİN başçısı Çiçerinə nota göndərib. Lakin Çiçerin bu notaya əhəmiyyət vermədi. Bu arada Cümhuriyyət hökumətində ixtilaf dərinləşməkdə idi. Hökuməti tərk etmiş “İttihad” və sosialistlərin ardınca aprelin 15-də “Əhrar” partiyası da koalisiyadan çıxıb.

 

15 aprel 1993 - Azərbaycanın ABŞ-dakı səfirliyi fəaliyyətə başlayıb. Səfir Hafiz Paşayev diplomatik etimadnaməsini pezident Bill Klintona təqdim edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi