“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.04.2013, 13:51
1412

Azərbaycan tarixi günbəgün: 27 aprel

A- A+

27 aprel 1920 - Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bolşeviklər hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum veriblər.

27 aprel 1906 - Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti - I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdi. 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı və müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi.

 

27 aprel 1920 - Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib.

Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.

 

27 aprel1992 - Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr qurulub.

 

27 aprel 2007 – Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı – 2007, Moskva) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi