“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.04.2013, 22:12
1061

Azərbaycan tarixi günbəgün: 4 aprel

A- A+

4 aprel 1992 - Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.

⇔ ⇔ ⇔ 

4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) anadan olub.

 

4 aprel 1935 - Xalq artisti Muxtar Maniyev (1935-2016) Bakıda doğulub.

 

4 aprel 1992 - Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb. Şimal qonşumuz Azərbaycanın müstəqilliyini bir çox ölkələrdən sonra tanımışdı. Rusiya ölkəmizlə diplomatik əlaqə qurmuş 32-ci ölkə oldu.

 

4 aprel 1992 - Azərbaycan Misir Ərəb Respublikası ilə də diplomatik əlaqələr yaradıb.

 

4 aprel 1997 - Milli Məclis Rusiyanın Ermənistana gizli silah satışı ilə bağlı prezident Boris Yeltsinə, Dövlət Dumasının sədri Gennadi Seleznyova və Federasiya Şurasının sədri Yeqor Stroyevə müraciət edərək məsələyə aydınlıq gətirilməsini tələb edib. Azərbaycan parlamentinin nümayəndə heyəti məsələni müzakirə etmək üçün Moskvaya gedib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi