“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.04.2013, 22:05
1413

Azərbaycan tarixi günbəgün: 2 aprel

A- A+

2 aprel 1993 - Ermənistan silahlı qüvvələri bir həftə sürən genişmiqyaslı hücumdan sonra Azərbaycanın Kəlbəcər rayonunu işğal ediblər.

2 aprel 1992 - Azərbaycan Respublikası Çin Xalq Respublikası (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb), Danimarka və Yunanıstanla (hər ikisi ülkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) diplomatik münasibətlər qurub.

 

2 aprel 1993 - Ermənistan silahlı qüvvələri bir həftə (martın 27-dən) sürən genişmiqyaslı hücumdan sonra Kəlbəcər rayonunu işğal ediblər. Kəlbəcər (ərazisi 3 min kv km) Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu (1992-ci ilin mayında işğal olunmuş Laçından sonra), Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşdü, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrildi. Kəlbəcərin işğalı zamanı 458 nəfər həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.

 

2 aprel 1997 - Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komissiyasının sədri Lev Roxlin Rusiyadan Ermənistana gizli silah satışı (1 mlrd. dollar məbləğində) barədə hesabatı açıqlayıb. Hesabat Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurdu. Azərbaycan Ermənistana gizli silah satışı ilə bağlı Rusiyadan izahat istədi, iki ölkənin münasibətləri kəskinləşdi. Bir qədər sonra isə general Roxlin öz evində müəmmalı şəkildə qətlə yetirildi. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi