“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.04.2013, 22:25
1326

Azərbaycan tarixi günbəgün: 8 aprel

A- A+

8 aprel 1992 – Ermənistan silahlı dəstələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədiblər...

 

8 aprel 1929 - VI Ümumazərbaycan sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Mugan dairələrinə bölünüb.Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.

 

8 aprel 1992 – Ermənistan silahlı dəstələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədiblər. 130 evdən ibarət kənd yandırılıb, kəndin 39 sakini (o cümlədən 8 qoca, 2 azyaşlı uşaq, 9 qadın) qətlə yetirilib. Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılaraq məhv edilib.

 

8 aprel 1992 - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsi tətbiq edilib.

 

8 aprel 2000 - Bakıda türkdilli dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib. 1992-ci ildən keçirilən türkdilli ölkələr sammiti ilk dəfə Azərbaycan paytaxtında toplanmışdı. Zirvə toplantısı "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyinə həsr olunmuşdu. Sammitdə dörd ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın prezidenləri iştirak edirdi, Özbəkistan və Türkmənistan parlament sədrləri ilə təmsil olunurdu.

 

8 aprel 2003 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin çəkilişinə başlanılıb. Kəmərin rəsmi təməlatma mərasimi 2002-ci ilin 18 sentyabrında (Bakı yaxınlığındakı Səngəçal terminalında) keçirildi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi